Azinfo » Bloq » Köşə yazıları » Azərbaycanın beynəlxalq arenada qazandığı böyük uğurlar

Azərbaycanın beynəlxalq arenada qazandığı böyük uğurlar

Tarix : 17-04-2022   /   Bloq / Köşə yazıları  
Azərbaycanın beynəlxalq arenada qazandığı böyük uğurlar

Ümummilli lider Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin prezidentliyinin son on illiyində ölkəmiz mühüm nailiyyətlər əldə etmişdir. Bu nailiyyətləri nəzərdən keçirdikdə bəzən bunları inanılmaz kimi qiymətləndirə bilərik, çünki cəmi on ilə ölkəmiz digər ölkələrin iyirmi, otuz il müddətinə qazana bilmədiklərini əldə edib. Ölkənin inkişafı və işğal altında olan torpaqlarımızın azadlığına aparan yolun keçmiş on illiyi mühüm hadisələrlə və nailiyyətlərlə zəngin idi. Son 10 ildə qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 20 faizə qədəri kənd təsərrüfatında istehsal edilmişdir. Aqrar sahəyə dövlət dəstəyi, o cümlədən maliyyələşmə mexanizmi təkmilləşdirilmiş, aqrar sığorta inkişaf etdirilmiş və investisiyaların cəlbi üzrə stimullar sistemi formalaşdırılmışdır, aqrar istehsalın texnika və istehsal vasitələri ilə təminatı səviyyəsi yaxşılaşdırılmış, əlçatanlığın artırılması üzrə institusional islahatlar aparılmışdır. Beləliklə, kənd təsərrüfatında müasir texnologiyaların intensiv tətbiqinə nail olunmaqla bərabər, məhsuldarlığın və ixracın artırılmasını trendə çevrilmişdir.


 Dünyada ərzaq qiymətlərinin sürətlə artmasına baxmayar ölkəmiz bu sahədə demək olar ki təhlükəsizliyimizi təmin etmişdir. Rusiya –Ukrayna müharibəsi nəticəsində bölgədə yarnmış siyasi və iqtisadi böhrandan maqsimum yayına bilmişik desəm yanılmaram. Azərbaycan Qafqazın lideri kimi yürütdüyü siyasət sülhün qarantisidir. Ermənistanı 44günlük vətən müharibəsi zamanı imzalanmış üçtərəfli bəyanata əməl etməyə məcbur edilməsi yalnız Azərbaycanın iradəsi hesanbına başvermiş. Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən  ibarət təklif vermişdir. Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel   görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir.
 Qarabağdan erməni silahlıların çıxarılması üçün göstərilən siyasi və hərbi cəhdlərimiz öz bəhrəsini vermiş və Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanıması vaxtına və lazımı addınların atılmasının nəticəsi kimi qiymətləndirilməlidir.
44Günlük vətən müharibəsi zamanı azad edilmiş ərazilərimizdə aparilan sürətli bərpa işləri ölkəmizdə yeni-yeni iş yerlərinin açılması və ölkəmizə xarici investisyiyanın cəlb edilməsinə yönəlmiş böyük uğurlardan biridir. Sevindirici hallardan biri odur ki, 44günlük vətən müharibəsi zamanı bizə dəsdək verən ölkələrə üstünlük verilməsi ölkəmizdə gedən uğurlu siyasətin bariz nümunəsidir. 


Ölkəmiz ərzaq ehtiyacının həlli yönümdə bir çox layihələr həyata keçirir.  Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə böyük əkinçilik təsərrüfatlarının yaradılması istiqmətində iş aparılır. Həm əkin sahələrinin həcminin artırılması, həm də məhsuladarlıq üçün zəruri addımnların atılması nəzərdə tutulur. Uzun illər boyu işğal altında qalan su ambarlarının istifadəyə verilməsi təkcə işğaldan azad edilmiş yerlərdə deyil digər ərazilərdədə əkinçilik üçün münbit şərait yaradacaq. Nəticədə bütün bu tədbirlər ölkəmizin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə öz töhfəsinə verəcəkdir. 


Enerji sahəsində görülən işlər və layihələr gələcəkdə ölkəmizi siyasi və iqtisadi cəhətdən bölgədə liderliyini artiracaq. Belə ki təməli qoyulan Qaradağ Günəş-Elektrik Stansiyası 230 meqavat gücündə olacaq. Bu stansiya da öz növbəsində həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, həm də ixrac imkanlarını genişləndirəcək. Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Azərbaycan dörd qonşu ölkəyə enerji ixracını artıq təmin edib və gələcək də digər bazarlara da çıxacaq. Bu baxımdan hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.


 Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Ümumi gücü 240 MVt olacaq stansiya ildə 1 milyard kilovat/saata qədər elektrik enerjisi istehsal edəcək, bunun nəticəsində 220 million kubmetr təbii qaza qənaət ediləcək və 400 min ton karbon tullantılarının qarşısı alınacaq.


Füzuli Hava limanından sonara tikintisi sürətlə gedən və bu il üçün istifadəyə verilməsi nəzərdə tutulan Zəngilan Beynəlxalq hava limanı ölkəmizin turizim potensialını artıracaq. Onuda qeyd edim ki, zəngilan Beynəlxalq hava limanı sonuncu deyil 2024-cü il üçün Laçın hava limanı da nəzərdə tutulur ki bu da öz növbəsində yeni iş yerləri ilə bərabər qeyri neft sektorunun inkişafına gətiriəcək. 


Azərbaycan Respublikasının yüksək səviyyədə idarə olunmasına və beynəlxalq arenada qazandığı böyük uğurlar siyasi iradə və bacarığın bariz nümunəsidir.


Nemət Abdullayev                                                                                                                 Masallı
Yeni Azərbaycan Partiyasının üzvü

Şərhlər: 0

Şərh yaz