Azinfo » Bloq » Köşə yazıları » Masallıda Talassemiya xəstələrinə dəstək olmaq məqsədi ilə qanvermə aksiyası təşkil olunmuşdur - Foto

Masallıda Talassemiya xəstələrinə dəstək olmaq məqsədi ilə qanvermə aksiyası təşkil olunmuşdur - Foto

Tarix : 20-04-2022   /   Bloq / Köşə yazıları  

Bu gün Ölkəmizdə Respublika Talassemiya Mərkəzinin ,  şəhər və rayon xəstəxanalarının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib . Qanvermə aksiyası Masallı rayonunda da , yüksək səviyyədə təşkil olunmuşdur . Sözügedən aksiyada Masallı rayon İcra hakimiyyətinin , Hüquq mühavizə orqanlarının , idarə və təşkilatların rəhbərləri  və əməkdaşları iştirak edirdilər . Qeyd edim ki, Azərbaycanda qeydiyyatdan keçmiş 4116 nəfər Talassemiya xəstəsi vardır. Respublikada , o cümlədən Masallı rayonunda təşkil olunmuş qanvermə aksiyasında toplanan qan bankı bu növ xəstəliklərdən əziyyət çəkən xəstələrə yardım olacğına inanırıq. 

Talassemiya haqqında :

Talassemiya hemoqlobinin sintezindəki dəyişiklik nəticəsində meydana çıxan ata və ya ana xətti ilə övlada ötürülən genetik qan xəstəliyidir. Bildiyimiz kimi, qırmızı qan hüceyrəsinin tərkibində olan hemoqlobin 2 hissədən ibarətdir: Hem (dəmir) və qlobulin (zülal). Qlobulin özü də 2 alfa, 2 beta, delta və ya qama zəncirindən ibarətdir. Genetik qüsur səbəbi ilə bu zəncirlərdən birinin olmaması və ya hissəvi olması talassemiya xəstəliyinə yol açır. Talassemiya xəstəliyi növündən asılı olaraq müxtəlif səpgidə qan azlığına xas şikayətlərlə özünü biruzə verir. Həyatla uyğunlaşmayıb ana bətnində və ya həyatının ilk günlərindən etibarən ölümlə sonlana biləcək növündən tutmuş, rutin qan analizlərində aşkarlanan, həyatı boyu heç bir narahatlığa səbəb olmayan növləri mövcuddur.

Qanvermə aksiyalarının mütəmadi təşkili olunması Talassemiyadan əziyyət çəkən xəstələrə ən böyük dəstəkdir.

Şərhlər: 0

Şərh yaz