Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1200 nəfərlik iftar süfrəsi verildi-Foto

Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1200 nəfərlik iftar süfrəsi verildi.
Bu gün Masallı rayonunda rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzində yerləşən Lanur və İlqar Palas şadlıq saraylarında hər birində 600 nəfərlik olmaqla, 1200 nəfərlik iftar süfrəsi verildi.
İftar süfrəsinə dəvət alanlar sırasında şəhid ailələri, qazilər, kəndlərin sakinləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak edirdilər.
Eyni zamanda tədbirdə Masallı rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov, Millət vəkilləri -Anar İsgəndərov və Məşhur Məmmədov da iştirak edirdilər.
Tədbirdə RİHB Şahin Məmmədov çıxış edərək, ölkədə gedən inkişaf , cənab Prezident İlham Əliyevin uğurlu siyasəti və 44 günlük Vətən Müharibəsindən söz açdı. Sonra isə tədbir iştrakşılarının tutduğu ovuclarının Allahdan qəbul olunmasını dilədi.
Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayon üzrə Qazısı Seyyid Ağarəşid Talıbov dualar oxuyaraq ölkəmizə əminamanlıq və firavanlıq arzuladı.
Allah qəbul etsin .






Şərhlər: 0
Şərh yaz
