Liman infrastrukturu başda olmaqla, Azərbaycanın nəqliyyat imkanları Qırğız Respublikası üçün faydalıdır

Qardaş Qırğız Respublikasının Prezidentinin Sadır Japarovun respublikamıza ilk səfəri uğurla başa çatdı.
İki ölkə Prezidentinin 20 aprel tarixli Birgə Bəyanatı səfərin, səfər müddətində imzalanmış sənədlərin, uğuru şərtləndirən amillərin təsbiti baxımından özünə xüsusi diqqət tələb edir. Birgə Bəyanat qardaş ölkələrimiz arasında əməkdaşlığın dünəni, buğunu və perspektivinin mahiyyətini ifadə etməkdədir.
Beləliklə, həm yeni imzalanmış sənədlər əsasında Strateji tərəfdaşlıq – qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini ifadə edir, həm də ortaq türk qurumlarının qurucusu olmağımız, o qurumlarda alınan qərarlar da ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Azərbaycanla Qırğız Respublikasının bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi ənənəvi xarakter alıb.
Bütün platformalar üzrə əlaqələr, əməkdaşlıq real nəticələr verməklə yanaşı, yeni imkanları, yeni çağırışları da ehtiva edir. Misal üçün, nəqliyyat infrastrukturunun, “Şərq-Qərb nəqliyyat dəhlizi”nin daha səmərəli fəaliyyət göstərməsi üçün ölkələrimizin səyləri birləşdirilməlidir.
Artıq bəllidir ki, yüklərin Azərbaycan ərazisindən bütün vacib istiqamətlərə (Şimal, Cənub və Qərbə) göndərilməsinə imkan verən çağdaş nəqliyyat, o cümlədən liman infrastrukturu mövcuddur. Liman infrastrukturu başda olmaqla, Azərbaycanın nəqliyyat imkanları Qırğız Respublikasının, bütün qardaş, dost, tərəfdaş ölkələrin üzünə açıqdır. Üstəlik, II Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər də, qardaş, dost ölkələrin hər biri üçün yeni imkanlar doğurub.
Bayaq vurğuladığım nəqliyyat infrastrukturunun bir hissəsi, işğaldan azad olunmuş ərazilərimizdən də keçəcək.
Elşən Bəşirzadə
YAP Masallı rayon təşkilatı
Təklə ərazi Partiya təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
