Xalq “Dəmir yumruq” ətrafında sıx birləşib .

Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi olduqca qürurvericidir. Ötən qurultaylardan fərqli olaraq, bu dəfə Azərbaycan diaspor təmsilçiləri qalib xalqın nümayəndələri kimi bir araya gələcək. Tədbirdə 65 ölkədən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı edirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun işğaldan azad etdiyi torpaqlarda diaspor nümayəndələrinin görüşməsi, müzakirələr aparması Qarabağ həqiqətlərinin dünyaya çatıdırlması kimi, Qarabağın bərpasına da öz töhfəsini verəcək. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam edir.
44 günlük Vətən müharibəsi Azərbaycanın haqq və ədalət savaşı idi. Azərbaycan dövləti və xalqı uzun illər idi ədalətin bərpa edilməsi üçün çalışırdı:
“Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Bu, bir tarixi hadisə idi və Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Məhz, 44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi.
“Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı qələbə, zəfər tarixi yazdı. Bir sözlə, Azərbaycan xalqı bundan sonra şanlı Ordumuzun və “bir qarış torpağımızı belə heç kəsə verən deyilik”, “Qarabağ Azərbaycandır!” deyən Müzəffər Ali Baş Komandanımızın sayəsində, ancaq Qələbə, Zəfər günlərini qeyd edəcək”.Azərbaycan xalqı bundan sonra da “Dəmir yumruq” ətrafında sıx birləşəcək, düşmənçilik etmək istəyənlərə cavabını verəcək.
Bundan sonra , nəinki Ermənistan rejimi, hətta ona havadarlıq edənlər başa düşməlidirlər ki, Azərbaycan tarix boyu törədilən soyqırımıları, terror aktlarını heç zaman unutmayacaq. Bəlkə də, bir çoxları ümid edirlər ki, Azərbaycan xalqı Xocalı soyqırımını, 30 illik işğalı, şəhərlərimizin, kəndlərimizin dağıdılmasını, məscidlərimizin təhqir olunmasını, Gəncə, Bərdə, Tərtər terror aktları unudacaq. Amma Azərbaycan xalqı nə qədər humanist olsa da, bu qanlı tarixi heç zaman unutmayacaq. Daim xatırlayacaq, bundan sonra da “Dəmir yumruq” ətrafında sıx birləşəcək, düşmənçilik etmək istəyənlərə cavabını verəcək.
Qarabağ Azərbaycandır !
YAP Masallı təşkilatı
şəhər 3 saylı uşaq-baxça
ərazi partiya təşkilatının sədri
Mehparə Məmmədova
Şərhlər: 0
Şərh yaz
