Azərbaycanlılar "Böyük Zəfəri " qeyd etmək üçün Şuşada görüşdülər.
“44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük tarixi sınaqdan keçdi. Prezident-Ordu-Xalq birliyi bütün dünyaya bizim nələr edə biləcəyimizi göstərdi. Bu qələbə ilə biz yalnız cılız Ermənistana yox, onun havadarlarına da dərs verdik. Bu dərsi yəqin ki, tarix durduqca düşmənlərimiz həmişə acı da olsa, xatırlayacaq”.Vətən müharibəsində Azərbaycan xalqı sınaqdan alnıaçıq, üzüağ çıxıb:
“Ordumuz səngərlərdə düşmənlə döyüşərkən,Azərbaycanlılar bütün dünyada erməni lobbisi ilə baş-başa gəldi. Çox sevindirici haldır ki, hər iki döyüş Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Məhz buna görə Dünya Azərbaycanlılarının Vətən müharibəsindən sonrakı Qurultayının Şuşada keçirilməsinin rəmzi mənası var”.
Şuşa mənəvi cəhətdən də həmişə xalqımızın həyatında mühüm rol oynayıb. Qafqazın mədəniyyət beşiyi sayılan Şuşa Azərbaycana yüzlərlə görkəmli şəxsiyyət bəxş edib. Burada olan tarixi abidələr, mədəniyyət obyektləri Azərbaycan tarixinin mühüm parçasıdır. Biz çox xoşbəxt insanlarıq ki, bu günləri yaşayırıq.
Biz artıq yeni dövrə qədəm qoymuşuq və cənab Prezidentin bəyan etdiyi kimi, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Əminəm ki, Zəfər qurultayının iştirakçıları bundan sonra da Azərbaycanın əsgəri kimi yaşadıqları ölkələrdə bayrağımız, xalqımız, vətənimiz naminə var gücləri ilə çalışacaqlar”.
Bundan sonra da biz Azərbaycanlıların üzərinə böyük məsuliyyət düşür: Yaxşı olardı ki, hər birimiz dünya ölkələrin ictimaiyyətini Azərbaycan reallıqları, postmünaqişə dövrü, Azərbaycan tarixi və s. haqqında məlumatlandırmağa davam edək. Cənab Prezidentin də qeyd etdiyi kimi, tarixi amillər həmişə istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün çox vacibdir.
Bunu unutmaq olmaz !
Sakit Ağayev
YAP Masallı rayon təşkilatı
Qarğalıq kənd ərazi partiya təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
