Masallı rayon PŞ "Narkomaniyaya yox deyək" və "Erkən nikaha son" -FOTO

Masallı rayon Bədəlan kənd tam orta məktəbində "Narkomaniyaya yox deyək" və "Erkən nikaha son" mövzularında tədbir keçirilib. Tədbirdə şagirdlərə narkomaniyanın zərərləri və erkən nikahın yarada biləcəyi fəsadlarla bağlı təlimatlandırıcı təlim keçilib.
Tədbirdə Masallı RPŞ rəisi polis polkovnik leytenantı Azay Ağayev, rəis müavini Elşad Talıbov , Boradigah polis bölməsinin rəisi Pərviz Məmmədov ,Masallı RİH nümayəndəsi Abbas Abbaszadə, Təhsil şöbəsinin nümayəndəsi Hörmət Balakişiyev və Bədəlan kənd orta məktəbinin direktoru Arif Mehdiyev iştirak edirdilər. Bu cür tədbirlərin keçirilməsi gənclərimizin maarifləndirməsinə xidmət edir. Əminəm ki,mütəmadi keçirilən tədbirlər yetişən gələcək nəslin həyatında mühüm rol oynayacaqdır.


Şərhlər: 0
Şərh yaz
