Azinfo » Bloq » Köşə yazıları » Cənubi Qafqaz : İnkişaf və Əməkdaşlıq

Cənubi Qafqaz : İnkişaf və Əməkdaşlıq

Tarix : 03-05-2022   /   Bloq / Köşə yazıları  

“Prezident İlham Əliyev aprelin 29-da “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında Azərbaycanın Qafqazda sülh gündəliyindən geniş danışdı, mühüm mesajlar verdi”.


Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib: “Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdi. Bu isə beynəlxalq konvensiyaların kobud pozulması idi”.


Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan Qafqazda sülh gündəliyini təbliğ edir: “Dövlət başçısı konfransda bir daha diqqət çatdırdı ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”.


Rakit Həmidov
YAP Masallı rayon təşkilatı
Qızılavar ərazi partiya təşkilatının sədri

Şərhlər: 0

Şərh yaz