Azinfo » Bloq » Köşə yazıları » Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu “B ildönümünə həsr olunmuşreyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu “B ildönümünə həsr olunmuşreyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.

Tarix : 06-05-2022   /   Bloq / Köşə yazıları  

Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Breyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi   keçirilib.     

06 may 2022-ci il tarixdə “ASAN” Xidmət İntellektual İnkişaf Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayon Gənclər və İdman İdarəsinin , Təhsil şöbəsinin, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin və YAP Masallı rayon təşkilatının  brgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Masallı rayon tam orta ümumi təhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Breyn rinq ” intellekrual bilik yarışı üzrə rayon birinciliyi   keçirilib.   

 Tədbirin mükafatlandırılma  mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova , Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı Gənclər evi” sosial xidmət müəsissəsinin müdiri Fuad Mənsimov və Vətən müharibəsi iştrakçısı Cyhun Qurbanov çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən danışıblar. Qeyd ediblib ki, bütün mənalı həyatını xalqına həsr edən Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrildiyini vurğuluyaraq  birincilikdə qalib gəlmiş komandaları təbrik etmişlər.     

 Yarışın yekun nəticəsinə əsasən birinci yerə Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbinin komandası, ikinci yerə Xıl  kənd Ə.Bəylərbəyov adına tam orta məktəbin komandası, üçüncü yerə Sığdaş kənd  tam orta məktəbin komandası  layiq görülmüşdürlər. 

Qeyd edək ki, aprel ayının 7-dən başlanılan “Xəmsə” Milli İntellektual Oyununda  ümumilikdə  50 komanda  yaxın X-XI sinif şagirdləri mərhələlər üzrə iştirak etmiş və finalda ikinci yeri tutmuş  8 komanda  “Breyn rinq” intellektual bilik yarışında iştrak etmək hüququ qazanmışlar          Müsabiqədə qalib gəlmiş məktəb komandaları  Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və  diplomlarla mükafatlandırılmışlar.

Şərhlər: 0

Şərh yaz