Azinfo » Bloq » Köşə yazıları » İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı

Tarix : 06-05-2022   /   Bloq / Köşə yazıları  

Ali Baş Komandanının rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində işğal altındakı Azərbaycan əraziləri işğaldan azad etdi. Hazırda bu ərazilərin minalardan təmizlənməsi kimi mühüm işlər davam etməkdədir. Bu prosesin başa çatmasından sonra həmin ərazilərdə yenidən məskunlaşma və ərazilərin iqtisadi cəhətdən inkişaf etdirilməsi məsələləri gündəmə gətiriləcək. İşğaldan azad edilən ərazilərin yenidən qurulmasının və bərpa edilməsinin, həmçinin bu ərazilərdə normal məskunlaşmanın və təhlükəsizliyin, səmərəli iqtisadi fəaliyyətin və yüksək rifahın təmin edilməsinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb. Bu fond publik hüquqi şəxs olaraq, işğaldan azad edilən ərazilərdə həyata keçirilən digər işlərlə yanaşı, sosial-iqtisadi tədbirlərə də maliyyə dəstəyi göstərməkdədir.

  İşğal olunmuş ərazilər geniş və mün­bit torpaq sahələrini əhatə etdiyindən, şübhəsiz ki, bu ərazilərdə digər iqtisadi fəaliyyət sahələri ilə yanaşı, aqrar sahənin inkişaf perspektivləri daha yüksəkdir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, aqrar sektor bu ərazilərdə yaşayan insanların mühüm hissəsinin ənənəvi məşğulluq sahəsidir.

 Lakin nəzərə almaq lazımdır ki, işğaldan azad edilən ərazilərin yenidən məskunlaşması və bu ərazilərdə aqrar sek­torun inkişafı bir neçə mühüm məsələnin həllini tələb edir. Bu məsələlərin ən mühümlərini aşağıdakı ardıcıllıqla sadala­maq olar: 1) ərazilərin aqrar istehsal üçün yararlı hala salınması; 2) aqrar istehsal üçün yararlı torpaq sahələrinin istifadə formasının müəyyən edilməsi; 3) torpaq istifadəçilərinə zəruri köməyin göstərilməsi mexanizminin yaradılması; 4) torpaq sahələrinin istifadəçiyə təhvil verilməsi.

Hazırkı şəraitdə aqrar sektorun inki­şafı üçün sadaladığımız hər bir mərhələ şübhəsiz ki, dövlətin birbaşa dəstəyi ilə reallaşmaqdadır. Belə ki, 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərin nəinki yaşayış, həm də aqrar istehsal üçün yenidən yararlı hala salınması ciddi texniki hazırlıq tələb etdiyindən bu istiqamətdə işlər aparılır.   Belə torpaq sahələrinin istifadə for­ması Azərbaycanın digər ərazilərində apa­rılan torpaq islahatlarının 25 illik təcrübəsi nəzərə almaqla reallaşacaqdır. Bu təcrübə, hər şeydən əvvəl, Azərbaycanın aqrar sektorundakı məhsuldarlıq səviyyəsinin bəzi ölkələrlə müqayisəsinə əsaslana

caq. Məhz torpaq sahələrindən istifadə forma­sının elmi cəhətdən əsaslandırılmasından sonra islahatların aparılması və torpaq istifadəçilərinə dövlət dəstəyi mexanizmləri yaradılacaqdır.

Aqrar inkişafın yuxarıda qeyd et­diyimiz mərhələlərinin uğuru iki amilin –xərclərin minimumlaşdırılmasının və regionlara cəlb ediləcək yüksək ixtisaslı kadrların sayının maksimumlaşdırılması­nın əsasında optimallaşdırılacaqdır. Hər iki məhdudlaşdırıcı şərt aqrar sektorda məhsuldarlığın yüksəlməsinə xidmət edəcəkdir .

İşğaldan azad edilən ərazilərin yenidən dirçəldilməsi və inkişaf etdirilməsi, şübhəsiz ki, insanların öz doğma yurdları­na qayıtması və ərazilərin geniş həcmdə məskunlaşması ilə daha çox bağlıdır. Bu ərazilərdə aqrar sektorun inkişafı və bu ərazilərdə məskunlaşacaq əhalinin aqrar təsərrüfatlarda rolunun yaxın zamanlarda şahidi olarıq.


Musalı Eldəniz 
YAP Masallı rayon təşkilatı
Dövlət Aqrar İnkşafı Mərkəzi
ərazi partiya təşkilatının sədr müavini

Şərhlər: 0

Şərh yaz