Azinfo » Bloq » Köşə yazıları » Masallı rayonunda Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub -FOTO

Masallı rayonunda Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub -FOTO

Tarix : 12-05-2022   /   Bloq / Köşə yazıları  
Masallı rayonunda Şəhid mayor Anar Novruzovun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası Masallı  rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyəti aparatının  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, YAP Masallı rayon təşkilatının əməkdaşları və fəalları, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin Ərkivan qəsəbəsində məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev şəhidin ailəsinə başsağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışmışdır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.


Şərhlər: 0

Şərh yaz