Azinfo » Bloq » Köşə yazıları » Noxudluq bulağı - Şəhidlər bulağı. FOTO

Noxudluq bulağı - Şəhidlər bulağı. FOTO

Tarix : 10-06-2022   /   Bloq / Köşə yazıları  


Noxudluq bulağı - Şəhidlər bulağı

Noxudluq bulağı Talış dağlarında yerləşir . Əsrlər boyu bulağın suyu Talış dağlarından axan  çaylara tökülüb. Noxudluq bulağı haqqında bir neçə kitablarda da , geniş şəkildə yazılar dərc olunub. 

2019 cu ildə Xanalion kəndinin sakini və ağsaqqalı Hacı Hidayət İbadov kəndin içməli su ilə təmin olunması məqsədi ilə Noxudluq bulağından kəndə su çəkmək qərarına gəlir. Lakin,bu layihənin həyata keçirilməsinin heç də asan bir məsələ olmadığını, həm Hacı Hidayət İbadov , həm də kənd sakinləri yaxşı bilirdi. Çətinlik yaradan o idi ki , sözü gedən bulaq ilə Xanalion kəndi arasındakı məsafə 5 km-dən artıqdır. Çəkiləcək borunun dağlardan və çaylardan keçməsi, ərazinin relyefinin qənaətbəxş olmaması,texnikanın hərəkətinin mümkünsüz olması suyun kəndə çəkilməsində əngəllər törədirdi. Bütün bu maneə və çətinliklərə  baxmayaraq , qəti qərara gələn Hacı Hidayət İbadov kəndin axundu Hacı Sərraf ( Şabala . Rəhmətlik ) ilə məsləhətləşərək, suyun kəndə çəkilməsinə qərar verir. Elə həmin gün  Hacı Hidayət və Hacı Sərraf rayon İcra Hakimiyətinə gələrək, məsələ ilə bağlı rayon rəhbərliyinə  məlumat verirlər. Rayon rəhbərliyi suyun kəndə çəkilməsini müsbət qiymətləndirərək, işin başlanmasına icazə verir. Geniş imkanlara malik olmayan Hacı Hidayət ölkə hüdudlarından kənarda yaşayan övladları Vəfadar , Bəhruz , Ramil , Fuad və qardaşı oğlu Vüqar Əbülfəz oğlunun ona maliyə dəstəyi verməsi nəticəsində suyun  Xanalion kəndinə çəkilişinin bütün xərclərini üzərinə götürür.


Qeyq: Vüqarın atası Hacı Əbülfəz sağ olduğu dövrlərdə sözü gedən bulaqdan kəndə su çəkiləcəyi halda mən də 1500 dollar verərəm deyirmiş . Təəssüf ki,suyun çəkilməsini görmək Hacıya nəsib olmadı. Ata istəyini oğlu Vüqar icra etdi.

 Ramazan ayı olmasına baxmayaraq , işə start verilir. Qeyd etdiyim kimi çəkiləcək borunun dağlardan və çaylardan keçməsi ,ərazinin relyefinin qənaətbəxş olmaması səbəbindən , işin 90%-i əl əməyi ilə görülməli idi. Bu məqsədlə canlı qüvvəyə ehtiyac var idi. Xanalion kəndini yaşlı insanları və cavanları könüllü olaraq dağlara axışmağa başladılar. Böyük çətinliklərlə üzləşməklərinə baxmayaraq , Noxudluq bulağının suyu Xanalion kəndinə çəkildi. Hal-hazırda sözügedən bulaq nəinki Xanalion kəndinin içməli su təminatını ödəyən , hətta Masallı rayonunun əksər kəndlərinin içməli su mənbəyidir. Noxudluq bulağının suyundan mən də istifadə edirəm. Bu bulağın suyunun nə qədər keyfiyyətli və müalicəvi olduğunu atam Oğlan Cəbiyev sağ olduğu vaxtlar bizə danışardı. Noxudluq bulağı haqqında xatirələri hər zaman bizimlə bölüşərdi. Həmin bulağın Noxudluq bulağı adlandırılmasını belə izah edərdi : "o bulağın yerləşdiyi ərazidə sovxoz noxud bitkisi əkilirdi deyə , adını Noxudluq bulağı adlandırıblar." Bir xatirəni də ,atam tez-tez danışardı : "1970-ci illər idi" Kommunizm yolu" sovxozunun direktoru işləyirdim. Masallı rayonunun birinci katibi Əlövsət Bağışov at belində bulağın ərazisinə gəlmişdi. Günorta vaxtı bulağın yanında süfrə açıb çörək yedik. Bulağın suyundan içdikdə dedi ki, bu Zəm - Zəm suyudur."

Noxudluq bulağının suyu məhz Hacı Hidayət İbadovun sayəsində insanlara xidmət göstərir. Günün bütün saatlarında bulağın qarşısında su üçün gələn insanların və maşınların çoxluğu müşahidə olunur. Buna səbəb , rayonun demək olar ki,bütün kəndlərinin bulaq haqqında və bulağın suyunun müalicəvi olması haqqında məlumatlı olmasıdır. Bulağın suyu dəfələrlə laborator müayinədən keçirilib. Laborator müayinələr ətraf kəndlərdəki bulaq suyunun normativ göstəricisini 300 - 350 olduğu təyin edib. Lakin  Noxudluq bulağı suyunun normativ göstəricisi 100 - 120 dir.


Qeyd edim ki , Noxudluq bulağı kəndə çəkildikdən sonra, adı dəyişdirilərək Şəhidlər bulağı adlandırılıb.

Hacı Hidayət İbadov qurub-yaratdığı  bu misilsiz xeyriyyəçilik abidəsi ilə , sözün əsl mənasında tarix yazıb. Xoşbəxt o insandır ki,sağ ikən  rəhməti və cənnəti qazanır. Bulağa su üçün gedəndə, oradan su daşıyan insanların etdiyi duaların canlı şahidi oluram. Böyük imkanlara malik olmayan , lakin böyük ürəyə sahib olan Hacı Hidayət İbadova , ona dəstək olan övladlarına və qardaşı övladına sonsuz təşəkkürümü bildirirəm. Allah ömürlərinə bir ömür də calasın. Allah qazanclarına min bərəkət versin ! Xoşbəxt insansınız ki,tarix yazdınız və tarixdə əbədi olaraq yaşayacaqsınız.

Qeyq ; Qələmə aldığım faktları Hacı Hidayət İbadovun özünün dediyi , Xanalion kənd ağsaqqalların danışdıqları və şahidi olduqlarıma istinadən paylaşdım.

Rauf Cəbiyev.




Noxudluq bulağı - Şəhidlər bulağının ərsəyə gəlməsinə maliyyə dəstəyi ayıran xeyriyyəçi qardaşlar və əmi oğlu

Şərhlər: 0

Şərh yaz