TEXASDA BİR XANALİONLU (Masallı kəndi)

Dövlət hər zaman Azərbaycan gəncləri və onların inkişafı üçün böyük addımlar atmışdır. Bu günümüzdə də davam edir.
Bu addımlardan biri də , gənclərin xaricdə təhsil alması üçün yaradılan imkanlardır. Bu addımlar Azərbaycan üçün savadlı kadrların yetişdirilməsində , eyni zamanda ölkəmizin xaricdə tanıdılmasında böyük rol oynayır. Bu məqsədlə hər il bu sahədə yeniliklər aparılır ki , daha çox gəncimiz xaricdə təhsil almaq imkanı qazansın.
Bu günki müsahibimiz İlqar da Amerikanın Texas ştatında Texas universitetində təhsil almışdır.
İlqar Bağışov 27 iyun 1997-ci ildə Rusiyada anadan olmuşdur. 15 yaşında Azərbaycana köçən İlqar 10 və 11-ci sinif təhsilini Sumqayıtda 11 saylı tam orta məktəbdə almışdır. Daha sonra Azərbaycan Respublikası Ali Neft Məktəbinə daxil olmuşdur və Neft qaz mühəndizliyi üzrə ali təhsilini burada almışdır. Təhsilini başa vurduqdan sonra eiLink Research & Development araşdırma mərkəzində elmi iş üzərində çalışmağa başlamışdır. Bu elmi iş onun həyatında yeni mərhələnin açılışı oldu. Belə ki , İlqar elmi iş üzrə çalışdığı mərkəzdən təqaüd qazanaraq , Amerikanın Texas ştatında Texas universitetində magistr təhsili almağa yola düşdü.
Hal-hazırda Amerikada yaşayan həmyerlimiz universitet illərində tanış olduğu xanımla ailə həyatı quraraq , onunla birlikdə Texasda magistr təhsili alır.
İlqar Bağışov torpaqlarımızn işğaldan azad olunması uğrunda gedən müharibədə şəhid olan Nizami Bağışovun əmisioğludur.
Vətəninə , millətinə bağlı olan , vətənpərvərliyi ilə nümunə olan İlqarın da qarşısında 2 yol var. O ya , Amerikada qalıb Professor olmaq üçün çalışacaq və Azərbaycanın fəxri olacaq , ya da Azərbaycana qayıdıb , savadlı kadr olaraq , vətəninə ,millətinə xidmət göstərəcək.
Rauf Cəbiyev
Şərhlər: 0
Şərh yaz
