Mart soyqırımı Azərbaycan xalqının tarixində nə birinci, nə də sonuncu faciədir


Mart soyqırımı Azərbaycan xalqının tarixində nə birinci, nə də sonuncu faciədir
1918-ci il 30 mart və 3 aprel tarixləri erməni qəddarlığının növbəti bariz nümunəsidir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.Əsaslı mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi daşıyan bu mənfur planın həyata keçirilməsinə başlanılıb.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. Beləliklə Xalqımızı və mədəniyyətimizi amansızlıqla yox ediblər.
Müstəqil Azərbaycan dövləti var olduğu müddətcə , bu soyqırımı unutmayacaqdır.
Eyni zamanda bütün dünyaya bildirdik ki, torpaq müqəddəsdir, şəhidlər müqəddəsdir. 3 mindən çox şəhid verdik, minlərlə Azərbaycan əsgəri və zabiti yaralandı. Bütün bunlar torpağa olan məhəbbətimizi, dəmir yumruq kimi birləşdiyimizi bütün dünyaya göstərdi.
Azərbaycanın dövlət başçısının dediyi ki, zamanla Ermənistanla dostluq münasibətləri qurula bilər. Amma biz heç bir zaman ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdiyi qırğınları unutmamalıyıq”.
YAP Mahmudavar ərazi partiya Təşkilatının sədri
Cəmalləddin Ağayev
Şərhlər: 0
Şərh yaz
