Azinfo » Bloq » Köşə yazıları » Gənclərin örnək aldığı ziyalı - FOTO

Gənclərin örnək aldığı ziyalı - FOTO

Tarix : 18-08-2022   /   Bloq / Köşə yazıları  


Bir müddət öncə 75 illik yubileyi qeyd olunan "Tərəqqi" medallı veteran jurnalist Əyyub Mehdiyev haqqında yazıçı, publisist Nurəddin Ədiloğlunun "Yeni həyat" qəzetində 5 avqust 2022-ci il tarixində dərc olunmuş "Həyat qəmli bir karvandır..." və şair Arif Fərzəlinin "Kiçik qardaş sevgisi ilə" məqalələrini gecdə olsa oxudum. Sözügedən məqalədə dəyərli ziyalımız, rayonumuzun ağsaqqalı çox hörmətli Əyyub Mehdiyev haqqında təəssüratlarım, düşündüklərim və bildiklərim öz əksini tapmışdır. Masallı rayonu həmişə öz ziyalıları ilə fəxr etmişdir. 90-cı illərə kimi ziyalılarımızın sayının çox olmasına baxmayaraq, günümüzdə ziyalıların sayı barmaqla sayılası qədərdir. Hər bir ziyalıya nəsib olmurki, cavan yaşlarından ahıl yaşlarına kimi, şəxsiyyətini, mənliyini və kimliyini qoruya bilə. Əyyub müəllim sadaladığım kriteriyaları qoruyub saxlaya bilmişdir. Həm yaşlı, həm də gənc nəslin nümayəndələrinin yanında böyük nüfuza sahibdir və onlar üçün örnəkdir. Yaş fərqimizin çox olmasına baxmayaraq, Əyyub müəllimlə rəsmi tədbirlərdə iştirakımızdan və həyatda dost münasibətimizdən qürur duyuram. 

Əyyub müəllimin sözlərinə görə 70-90-cı illərdə adları Masallı Kənd Təsərrüfatı tarixinə düşmüş şəxsiyyətlər  atam rayonun baş aqronomu Oğlan Cəbiyev və Əyyub Mehdiyevin atası zootexnik Məmməd Nəciyevin sıx dostluq əlaqələri olmuşdur. Mənim üçündə qürurvericidirki, övladları olaraq valideynlərimizin bizə miras qoyduğu dostluq əlaqələri davam edir.

Böyük fəxr hissi ilə deyə bilərəmki, onunla hər dəfə görüşdüyümdə, danışdığımda gördüklərim və öyrəndiklərim çox olur. Rayonumuzun Əyyub müəllim timsalında olan ziyalılarını Allah qorusun. Onların hər birinə sağlam həyat və uzun ömür arzulayıram.







Şərhlər: 0

Şərh yaz