Azinfo » Bloq » Köşə yazıları » Masallının nümunəvi messenat xanımları

Masallının nümunəvi messenat xanımları

Tarix : 01-09-2022   /   Bloq / Köşə yazıları  




Masallı rayonunda həddindən artıq imkalı şəxs və xeyriyyəçi var. Amma bu haqda danışarkən və ya bu adları sadalarkən , 2 nəfər haqqında xüsusi vurğulamayla danışmaq lazımdır. 2 xanım sahibkar. Ayrı-ayrı sektorlarda fəaliyyət göstərən Mətanət xanım Salayeva və Şəfa xanım Allahverdiyeva.

Son illərdə xalq olaraq qarşılaşdığımız bir çox problemlərin Masallı xalqında yaratdığı çətinliklərin həll olunmasında misilsiz xidmətləri olan bu xanımların gördükləri işlərin bir neçəsini misal olaraq göstərək. Masallıda maddi vəziyyətləri ağır olan 2 ailə üçün ev tikib , onların istifadəsinə verilib , atasız uşaqların sünnət olunması xərcləri qarşılanıb. Xərçəng olan bir azyaşlı uşağın bütün müalicə xərcləri ödənib. 44 günlük Vətən Müharibəsi dövründə hərbi hissəyə ərzaq , geyim və s. payların göndərilməsi təşkil edilib. 

Sadalananlar , görülən xeyriyyə işlərinin sadecə bir qismidir. 

Keçdiyimiz aylarda 44 yaşını qeyd edən Şəfa xanım 44 şəhid anasına 44 ədəd üzərində xarıbülbül simvolu olan kəlayağı hədiyyə etmişdi.


Bu gün də doğum gününü qeyd edən Mətanət xanım Masallıda şəhid ailələri və qazilərə üzərində şəkilləri olan xüsusi sifarişlə hazırlanmış saatlar təqdim edib. 

Doğum günü Masallı Masallı rayonunda yerləşən qəhrəmanlar parkında təşkil olunmuşdur.

Tədbirdə Masallı rayon İcra Hakimiyyəti  Başçısının müavini Aybəniz xanım Qafarova , YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev , İH şöbə müdiri Qəşəm Hadıyev, şəhid ailələri , qazilər və media nümayəndələri iştirak edirdilər.  Aybəniz xanım Qafarova , Seyfəddin Əliyev , Mətanət xanım Salayeva  və Şəfa xanım Allahverdiyevaya  çıxış edərək 44 günlük Vətən Müharibəsi zamanı şəhidlərimizin və qazilərimizin keçdiyi yoldan və zəfər tariximizdən söz açdılar. Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında hamının sıx birləşərək torpaqlarımızın işgaldan azad olunmasından söz açan rəsmilər şəhidlərin və qazilərin xidmətlərini xüsusi qeyd etdilər.

Hər iki xeyriyyəçi xanıma uğurlar diləyir , onlara uzun ömür və can sağlığı arzulayırıq. Qazancları bol olsun.








Şərhlər: 0

Şərh yaz