Azinfo » Bloq » Köşə yazıları » Prezident İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı.

Prezident İlham Əliyevin cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı.

Tarix : 05-09-2022   /   Bloq / Köşə yazıları  

                               

Sentyabrın 2-də İtaliyanın  Çernobbio şəhərində 48-ci Beynəlxalq Çernobbio Forumu başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Forumda əsas qonaq qismində iştirak edib.


         Prezident İlham Əliyev Forumun plenar iclasında “ Enerji təhlükəsizliyinin təmin olunmasinda Azərbaycanın rolu” mövzusunda çıxış edib.


  Çıxışa başlayan dövlətimizin başçısı bele bir vacib tədbirdə çıxış etdiyi üçün öz təşəkkürünü bildirib və görüşdə iştirak etdiyi üçün məmnunluğunu söyləyib.


  Prezident İlham Əliyev İtaliyada tez-tez səfərdə olduğunu qeyd edib və bildirib ki 2020-ci ildə İtaliyada səfərdə olarkən tərəflər arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanmişdir. Prezident  qeyd etmişdir ki, budəfəki səfəri də uğurlu olacaq.

 

İlham Əliyev aparılan və müzakirə olunan məsələlərdən danişib, həmçinin qeyd ebib ki,müzakirələrin əsas mövzusu  enerji siyasətidir. Möhtərəm Prezident Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danişarkən diqqəti bəzi tarixi məqamlara yönəltmişdir.Cənab Prezidet onuda bildirmişdir ki,enerji strategiyamız mərhələlərə bölünüb.İlkin mərhələdə dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizində çalışmağa dəvət olunduğundan,ikinci mərhələdə isə nəhəng qaz yataqlarının istismarından söz acıb.İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır.


  Ölkəmizin rəhbəri ötən ay  bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumundan da danişdı. O bildirdi ki,bu bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi.


  Prezident İlham Əliyev həmçinin qeyd etmişdir ki,rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik.Buraya yalnız təbii qaz deyil,həmçinin enerji bazarının digər seqmetləri də daxil olacaq. Bununla da Azərbaycanın enerji stategiyasının üçüncü mərhələsi başlayır. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır.


Cənab Prezident Vətən Müharibəsində azad etdiyimiz ərazilərdə külək ,günəş və hidroenerji stansiyalarının potensialından da danışıb və bildirib ki,artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik

 

Sonda Prezident İlham Əliyev Forumda iştirakı üçün öz minnətdarlığını bildirib

 

 

Ş.Xəlilova

   S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi

Şərhlər: 0

Şərh yaz