Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “ Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu.

Prezident İlham Əliyev İtalyanın Çernobbil şəhərində keçirilən tədbirdə iştirak edib. Prezident “The European House – Ambrosetti” beyin mərkəzinə bu vacib tədbirdə çıxış üçün onu dəvət etdiklərinə görə təşəkkür etdib.
Cənab Prezident İlham Əliyev İtaliyaya növbəti səfəri Azərbaycan və İtaliya arasında səmimi dostluğun və əməkdaşlığı bir daha gücləndirəcəyini bildirmişdir. O,sonuncu dəfə burada 2020-ci ildə dövlət səfərində olduğunu, İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzaladığını bildirmişdir . Həmçinin əlavə edərək bildirmişdir ki, dörd il öncə Prezident Mattarella Azərbaycanda Rəsmi səfərdə olmuşdur.Beləliklə, bu onu nümayiş etdirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik.Onlardan biridə təhsildir.Dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də təhsil barədə danışdıq.Dünən Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu.Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı Universitetinin tərəfdaşıdır.
Əlbəttə bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi.Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm.Bizim enerji strategiyamız mərhələlərə bölünüb.1994-cü ildə, müstəqilliyimizin bərpasından sadəcə üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq.Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik.Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təmin edən bir nömrəli ölkədir.Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi.Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük.Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər.Beləliklə biz, Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.
Enerji strategiyamızın ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi.Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumata əsasən. Bizim ehtiyatımız 2,6 trilyon kubmetrə bərabərdir.Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır.Ötən ay Bakıda Avropa ittifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır.Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım.Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq.Bunun üçün isə vacib addımlar atılmalıdır.
Eyni zamanda, biz Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu görürük.Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri Yunanıstan-Bolqarıstan interkonnektoru istifadəyə verilməyə yaxındır.Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var.Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa ittifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik.Prezident İlham Əliyev bir daha Avropanın nəhəng dövləti olan İtaliyada çıxışında belə ölkəsini və xalqını nə qədər istədiyini, dövlətin inkişafı üçün hər yerdə hər zaman əlindən gələni əsirgəmədən etdiyini, daim xalqının gələcəyini düşündüyünü bir daha açıq şəkildə ifadə etdi.
Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin Tədris işləri üzrə Direktor müavini:Cabbarov Camaləddin Sucəddin oğlu.
