Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrin Sammitində çıxış etmişdir.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Şanxayda təsis olunub. Qırğızıstan, Özbəkistan, Çin, Rusiya, Tacikistan və Azərbaycandan ibarət üzv dövlətlərdir.
Azərbaycan Respublikasının Prezidenti sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatı üzv ölkələrinin Sammitində iştirak edib.
Şanxay Əməkdaşlıq Təşkilatının sədri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev gələn qonaqları qəbul edib və salamlayıb. Şavkat Mirziyoyev sammiti açıq elan etdikdən sonra sözü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə verdi.
Cənab prezident oz növbəsində məntiqli və əhatəli nitqi ilə çıxış edib.
Bir ildə artiq ikinci dəfə Özbəkistan Respublikasının səfərindən razılığını bildirən prezidentimiz iki qardaş xalq arasında olan əlaqələrdən, inkişafdan söhbət açıb.
Son illərdə görülmüş və görüləcək işlərdən danışan İlham Əliyev Xəzər dənizində mülki yük donanmasına görə Azərbaycan 52 gəmi ilə öndə gedir. Bakida hər növ gəmiqayırma zavodu, gəmi avadanlıqları istehsal edilir. Azərbaycan hal-hazırda ən böyük mülki hava yuk donanmasına görə ön sıradadır. Son illər ölkə ərazisində min kilometrlərlə dəmir və avtomobil yolları inşa olunub.
Bu gün Azərbaycan regionun qalib dövlətidir. Baxmayaraq ki, Azərbaycan haqqında müxtəlif Beynəlxalq Təşkilatlar Beynəlxalq qətnamə qəbul ediblər. Amma, bu ancaq kağız üzərində qalıb. Azərbaycan xalqının ll Qarabağ müharibəsində qalib olması onun şəxsi iradəsi və xalqla dövlətin vəhdətinin nəticəsidir.Azərbaycan Zəngəzur dəhlizinin açılması regionun və digər qonşu dövlətlərin rifahına və inkişafına xidmət edəcəkdir.
Əbəs yerə deyil ki, bu gün Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik edir. Bu Azərbaycan xalqına böyük hörmətin əlamətidir
Sonda diğər hökümət başçılarının çıxışından sonra xatirə şəkli çəkildi və Səmərqənd Bəyannaməsi imzalandı.
Ağayeva Gülnar Mirhüseyn qızi.
Dəlləkoba kənd E.Heybətov adına ümumi orta məktəbinin müəllimi.

