Azinfo » Bloq » Köşə yazıları » Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış etmişdir.

Prezident İlham Əliyevin cari ilin 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış etmişdir.

Tarix : 20-09-2022   /   Bloq / Köşə yazıları  

           

 

 

 

Sentyabrın 16- da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirildi.Sammitdə iştirak edən Prezident İlham Əliyev çıxışı ilə Sammit iştirakçılarının diqqətini çəkdi.


İlk öncə İlham Əliyev Sammitə dəvət olunduğuna görə Özbəkistan Respublikasının Prezidenti Şafkat Mirzoyoyevə minnətdarlığımı bildirib.Daha sonra Azərbaycanın tranzit imkanlarından və bölgədəki nəqliyyat-logistika imkanlarından bəhs edib. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.


Daha sonra sentyabrın 13- də baş vermiş təxribatdan danışan İlham Əliyev bildirdi ki,ermənilərin törətdiyi bu təxribatın qarşısı qətiyyətlə alındı.Biz münasibətləri normallaşdırmağa çalışsaq da ,Ermənista həmişə mənfur əməlləriylə sülh prosesini ləngidir.Azərbaycan sülh prosesini nizamlamaq üçün Ermənistana 5 prinsip təqdim edib.Kakin onlar bu prinsipə əməl etməkdən çəkinirlər.


Bir sıra beynəlxalq təşkilatların fəaliyyətlərinə toxunan İlham Əliyev bildirdi ki,sülh prosesinin ləngiməsində bu təşkilatların səmərəsiz fəaliyyətlərinin də böyük rolu olub.Məsələn, BMT 1993-cü ildə ermənilərin torpaqlarımızı tərk etməsi barədə qətnamə qəbul etsə də ,bu qətnamə yerine yetirilmədi və BMT-də bunun üçün heç bir səy göstərmədi.Nəhayət biz 2020-ci ildə müzəffər ordumuzun qəhrəmanlığı və xalqımızın əzmi,inamı sayəsində torpaqlarımızı azad etdik.Lakin Ermenistan öz məğlubiyyəti ilə barışmaq istəmir,daim təxribatlar törədərək vəziyyəti pisləşdirir.


2020-ci ilin sentyabrında qazandığımız qələbə  regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.


Artıq 3 ildir ki,Azərbaycan, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına başçılıq edir .Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcetini qarşısina məqsəd qoyub.


Çıxışını yekunlaşdırdıqdan sonra Özbəkistan Prezidenti Şafkat Mirziyoyev İlham Əliyevə təşəkkürünü bildirdi və Özbəkistanın Azərbaycan ilə müxtelif sahələrdə- iqtisadiyyat ,nəqliyyat- logistika və s.əməkdaşlıq etməsində maraqlı olduğunu bildirdi.

 

Elanora Babayeva

Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi

 

Şərhlər: 0

Şərh yaz