Azinfo » Bloq » Köşə yazıları » Səmərqənd sammiti Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini daha da gücləndirəcək

Səmərqənd sammiti Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini daha da gücləndirəcək

Tarix : 21-09-2022   /   Bloq / Köşə yazıları  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin Sammitində iştirak etmək üçün sentyabrın 15-də Səmərqənddə səfərdə olub. Səfər zamanı Prezident Ilham Əliyev bir sıra ölkələrin dövlət başçıları ilə, o cümlədən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Tūrkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan respublikasının baş naziri Şahbaz Şərif ilə rəsmi görüşlər keçirdib. Dövlət başçıları energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə edərək, gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar. Sonda dövlət başçıları əlaqələrmizin dərinləşdirilməsi və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildirdilər.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in səkkiz üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), dörd müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və doqquz dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri yekunlaşmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı bir sıra vacib məsələlərə toxunub. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini, silahlı qüvvələrmizin bu təxribatın qarşısını qətiyyətlə aldığını diqqətə çatdıran dövlətimizin başçısı öz çıxışı zamanı Ermənistanın bu təxribatını iki ölkə arasında normallaşma prosesinə böyük zərbə olduğunu vurğuladı.

Azərbaycan respublikası Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etmiş ,indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq deyə, Prezident Ilham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövətlərin Sammitində qeyd etmişdir. Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması üçün çalışır. Çox təəsüf ki, Ermənistan tərəfi təxribatlar törətməklə sülh prosesinə mane olur.  

Eyni zamanda, bu Sammiti Azərbaycanın ŞƏT-lə əlaqələrini Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin uğurunun  nəticəsi kimi də qeyd etməliyik.

Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Şərhlər: 0

Şərh yaz