Azinfo » Bloq » Köşə yazıları » Azərbaycan beynəlxalq hüququ və ədaləti döyüş meydanında bərpa etdi

Azərbaycan beynəlxalq hüququ və ədaləti döyüş meydanında bərpa etdi

Tarix : 21-09-2022   /   Bloq / Köşə yazıları  

İşğal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə başa çatan Vətən müharibəsi Azərbaycan xalqının möhtəşəm qəhrəmanlıq salnaməsidir. İkinci Qarabağ müharibəsi  xalqımız üçün Vətən müharibəsi olmuşdur. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti, beynalxalq hüququ bərpa etdi.  Bu gün əminliklə demək olar ki, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bundan sonrakı mərhələlərdə ölkəmizin daha da güclənəcəyi heç bir şübhə doğurmur. Azərbaycan uzun illər ərzində Ermənistanın ədalətsiz mövqeyinin dəyişməsi, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün səylər göstərsə də, real nəticə görünmədi, düşmən işğalçılıq yolundan dönmədi.  Ancaq Azərbaycan isə haqq-ədalət yolunda inamla irəlilədi. Beynəlxalq güclərin respublikamıza qarşı ikili standartlarından heç də ruh¬dan düşmədi, Ermənistanın işğal siyasətini, təxribatlarını ifşa etməkdən çəkinmədi, beynəlxalq birliyi qəsbkarın faşist mahiyyəti barədə vaxtaşırı məlumatlandırdı. Çünki bu Azərbaycanın haqq mübarizəsi idi və  heç vaxt bu mübarizədən geri dönmədi. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev özü də xüsusi vurğulamışdır ki, biz Beynalxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz bərpa etmişik, BMT Nizamnaməsini əldə rəhbər tutmuşuq. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Nəticə olaraq, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik.

Ermənistan 30 il işğalı altında Azərbaycan torpağını saxlamaqla bərabər , sülh prosesini məqsədyönlü şəkildə pozurdu. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə dünyaya sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi. Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn nor¬maları çərçivəsində istifadə etdi. Bu işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi. Bir sözlə, ölkəmiz öz gücünə beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı

Şərhlər: 0

Şərh yaz