Azinfo » Bloq » Köşə yazıları » 27 sentyabr- Anım günü

27 sentyabr- Anım günü

Tarix : 24-09-2022   /   Bloq / Köşə yazıları  

                           

 

Prezident İlham Əliyevin 2020- ci il 2 dekabr tarixli sərəncamına əsasən sentyabrın 27-i ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına vuruşmuş şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Anım günü kimi qeyd olunur.


Ötən illərin 80- ci illərinin sonu 90-cı illərinin əvvəllərində Ermənistan  Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdı.Azərbaycanda hökm sürən özbaşınalıqdan istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmişdir. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdü.Lakin  xalqımız ötən 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.

 

 2020-ci il Sentyabrın 27-i Prezident İlham Əliyev xalqa müraciətində bildirdi ki,erməni silahlı qüvvələri yaşayış məntəqələrimizi bir neçə istiqamətdən atəşə tutub.Ermənilərin  hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir. 27 sentyabr 2020- ci il tarixindən başlayan Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)ordumuzun gücünü,xalqımızın birliyini bütün Dünyaya nümayiş etdirdi.Tezliklə 30 ilə yaxındır həsrətdə olduğumuz torpaqlarımızın düşməndən azad olunması xəbərini eşidərək həm sevinir,həm də qürurlanırdıq. Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.”Dəmir yumruq”adlanan siyasətmiz nəticəsində biz düşməni sülh bağlamağa məcbrur egdim


İkinci Qarabağ müharibəsində ordumuzun 3000 nəfərə  hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.Xalqımız hər zaman qəhrəman oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

 

 

Mehriban Əzizova -Masallı şəhər sakini

 

Şərhlər: 0

Şərh yaz