Prezident İlham Əliyevin Füzuli rayonunda 27 sentyabr tarixlində səfəri etmişdir.
Sentyabrın 27-də Azərbaycan respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər. Cənab prezident və onun xanımı Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Dövlətimizin başçısı xatirə lövhəsinin qarşısında çıxış edib.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün ölkəmizdə Anım Günüdür . Xalqımız şəhidlərimizin xatirəsini uca tutaraq onlara böyük hörmət və ehtiramla yad edir.
Cənab prezident qürur hissi ilə şəhidlərimizin cəbhədəki şücaətindən danışıb. O, qeyd edib ki,hər bir azərbaycanlı qəhraman əsgər və zabitlətimizlə fəxr edir. Öz canından keçərək düşmənə layıqınca cavab verən oğullarımız döyüş meydanında şəhidlərimizin qısasını aldılar,torpaqlarımızı düşmən tapdağından azad etdilər.
Ölkə başçısı 44 günlük müharibənin şanlı tariximiz adlandırıb. Fəxrlə qeyd edib ki, Azərbaycan xalqı bütün gücünü səfərbər edərək bir yumruq altında birləşdi və düşməni doğma torpaqlarımızdan geri çəkilməyə məcbur etdi. Bütün Azərbaycan birləşərək öz gücünü bir daha nümayiş etdirdi.
Cənab Prezident azad olunan torpaqlarda aparılan abadlıq-quruculuq işlərindən də söz açmışdır.Prezident İlham Əliyev qəhraman oğullarımızın düşmənin birinci müdafiə xəttini yararaq Zəfər yürüşümüzün başlamasını xüsusi vurğulamış, 44 gün ərzində ordumuzun irəli doğru hərəkətini qeyd etmişdir. Bu yürüş məhz Qaraxanbəyli kənd və digər kəndlərdə olmuşdur. Azərbaycanın ordusu ilk şəhidlərini həmin kəndlərdə vermişdir.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan əsgəri öz canını fəda edərək, üçrəngli bayrağımız azad olunmuş torpaqlarda dalğalansın. 44 gün davam edən müharibədə ordumuz hər gün irəliyə doğru addımladı. Dayanmadan,yorulmadan ancaq irəli. Qan tökdük,şəhid verdik,nəhayət,Zəfər qazandıq. Bu günlər ərzində 300-ə yaxın şəhər və kəndləri işğaldan azad etdik.
Prezident İlham Əliyev Azərbaycan xalqını xoşbəxt nəsil hesab edir,çünki üzərimizə düşən vəzifəni yerinə yetirə bilmişdir.O, həmçinin, qeyd edib ki,bizdən sonra gələn nəsillə bu şanlı tarixlə fəxr edəcəklər.
Sonda cənab prezident bir daha şəhidlərimizə rəhmət diləyərək qeyd etmişdir ki,onların əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi.
