Qələbəyə Aparan Yol
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaFüzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.
“44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.”
Prezident İlham Əliyev
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 2 ildir ki, arxada qalır. İşğalçı ölkənin 30 illik hegemonluğuna acınacaqlı məğlubiyyətləri ilə son qoyuldu. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq, siyasi meydanda da istədiyinə nail ola bildi. İndi xalqımız, eləcə də, dünya ictimaiyyəti Ermənistan ordusunun, o cümlədən işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşmış ermənilərin qan tökülmədən, güllə səsi eşidilmədən çıxıb getmələrinin canlı şahididir. Münaqişənin həlli həm siyasi, həm də hərbi yollarla mümkün idi. Azərbaycan tərəfi bu illər ərzində beynəlxalq təşkilatların, eləcə də, problemin aradan qaldırılmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun köməyi ilə məsələni siyasi yollarla həll etməyə çalışırdı.Ancaq Ermənistanın işğalçı siyasətdən əl çəkməməsi sülh danışıqlarını əhəmiyyətsiz etdi.Artıq problemin aradan qaldırılmasının yeganə yolu hərbi yol idi. Dövlət başçımızın qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ordu quruculuğunu inkişaf etdirmək, torpaqlarımızı düşməndən azad etmək qüdrətində olan ordu formalaşdırmaq idi. Ən müasir silah-sursatla təchiz edilmiş Azərbaycan Ordusu 2016 - cı ildən başlayaraq öz gücünü göstərməyə başlamışdı.
2020-ci il Sentyabrın 27-dən əks-həmlə ilə başlanan və şanlı ordumuzun zəfərləri ilə davam edən Vətən müharibəsi işğaldan azad olunan kəndlər, rayonlarla birgə minlərlə insanın 30 ilə yaxın müddətdən sonra öz yurd-yuvalarına qovuşması, dədə-baba torpaqlarına həsrətinin bitməsi xalqın özünə inamını qaytardı. Bu böyük zəfər Azərbaycanın müstəqillik tarixində xalqımızın qürur mənbəyinə çevrilmiş ən böyük tarixi hadisədir.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Baxşıyeva Humay
