Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstanda rəsmi səfəri zamanı çıxışı ilə əlaqə

Prezident İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfər edib. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin yeni mərhələyə yüksəlməsindən xəbər verir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməkdir. Həmçinin bu səfər ölkələrimiz arasında əlaqələrin yaradılmasının 30-cu ildönümünə təsadüf edir.
Səfər zamanı geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
Çıxış zamanı ölkə başçısı bildirmişdir ki, 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə hər iki ölkənin əlaqələrini yüksək səviyyəyə qaldırmış, eyni zamanda, bəyannamədə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Nazirlər səviyyəsində çoxsaylı görüşlərin keçirildiyini vurğulayan cənab Prezident bildirib ki, enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaqdır. Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Həmçinin ölkə başçısı bildirib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.
Prezident İlham Əliyev çıxışında Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Memorandumdan və bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızın ən azı 2 dəfə artacağını da vurğuladı. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir
Müşfiq Qurbanov Qardaş oğlu Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi
