Qarabağ və Şərqi Zəngəzurun sürətlə yenidən qurulması qabaqcıl vəzifədir

27 sentyabr 2020-ci il tarixdə başlayan 2-ci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə başa çatdı. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı işlər Vətən Müharibəsində qazandığımız uğurların nəticəsidir. Qarabağda və Şərqi Zəngəzurda gerçəkləşdirilən dövlət əhəmiyyətli layihələrə möhtərəm Prezidentimiz İlham Əliyev şəxsən özü rəhbərlik edir. Dövlət başçısının dediyi kimi: Müharibə başa çatandan dərhal sonra bütün bu işlərə start verildi. Qarabağda bölgə iqtisadiyyatının dirçəldilməsi, erməni faşizminin bu ərazilərdə yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, buraya qayıdışın tezliklə təmin edilməsi üçün azad edilən ərazilərdə geniş həcmdə tikinti-quruculuq, abadlıq işləri görülüb, ərazilərin minalardan təmizlənməsi, lazımi infrastrukturun yaradılması diqqət mərkəzində saxlanılır. İğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayan yol infrastrukturunun qurulması və layihələrinin icrası xüsusi diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə aparılan quruculuq işlərində iştirak edən və bu sahədə ciddi uğurlar qazanan Heydər Əliyev Fondu da Qarabağın mədəni irsinin bərpa edilməsində və humanitar yönümlü obyektlərin yaradılmasında yaxından iştirak edir. Qarabağ və Şərqi Zəngəzurda su, günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə region üçün çox böyük strateji əhəmiyyətə malik olacaq Zəngəzur dəhlizinin gerçəkləşdirilməsini şərtləndirir. Bu dəhlizin reallaşdırılması dünya, eləcə də region ölkələri üçün mühüm önəm daşıyır.
Prezidenti İham Əliyev bildirmişdirki, Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, bu qədər zaman ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədərdə edəcəyik”.
Əsədli Əsəd
Masallı Dövlət Regional Kollecinin müəllimi
