Masallıda 44 günlük Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib - FOTO

16 oktyabr 2022-ci il tarixdə Masallı rayonunun Xıl kəndində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 44 günlük Vətən müharibəsinin şəhidi Mikayılov Elgün Adil oğlunun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, əsgər yoldaşları, qazilər, din xadimləri, şəhid ailələri, kənd sakinləri və jurnalistlər iştirak ediblər.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Mikayılov Elgün Adil oğlunun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər.
Vətən müharibəsi şəhidi Mikayılov Elgün Adil oğlunun ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını ifadə etdi.




Şərhlər: 0
Şərh yaz
