Prezident İlham Əliyevin 11 oktyabr 2022-ci ildə Qırğızıstana dövlət səfəri.
Prezident İlham Əliyev 11 oktyabr 2022-ci ildə Qırğızıstanda rəsmi səfərdə olmuşdur.Bu,Prezident İlham Əliyevin ilk reallaşmış rəsmi səfəri idi.Prezidentimizin bu səfəri Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində reallaşmışdır.Prezidentlər,İlham Əliyev və Sadır Japarovun iştirakı ilə geniş tərkibdə iclas keçirilmiş,sənədlər və sazişlər imzalanmışdır.Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün 5 illik kompleks proqram imzalanmışdır. Görüşdə nəqliyyat-lokistika,informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələrində əlaqələrin daha da inkişaf ettirilməsinin çox mühüm olduğu qeyd olunmuşdur. Prezident İlham Əliyev Qırğızıstanın Azərbaycanın 2 peykindən artıq müəyyən vaxtdır ki, istifadə etməsini qeyd etmişdir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yol tikintisinə və istismarına başlanılması münasibəti ilə Qırğız xalqını təbrik etmişdir. Görüşdə hər iki prezident xalqlarımızın eyni kökə malik olduğunu xüsusi ilə qeyd etmişlər. 2023-cü ildə Azərbaycanda Qırğızıstan Mədəniyyət Günlərinin keçirilməsi və 2024-cü ildə Qırğızıstanda Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi razılaşdırılmışdır.
Prezidentlər həm də Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etmişlər.Bişkek şəhərində həmçinin iki böyük məktəb açılmışdır.Bu məktəblərdən biri Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adını,digəri isə dahi Azərbaycan Şairi Nizami Gəncəvinin adını daşıyacaqdır.Prezidentlər Bakı və Bişkek şəhərlərinin artıq qardaşlaşmış olduğunu qeyd etmişlər. Preziden İlham Əliyev onu da vurğulamışdır ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri də Qırğızıstanın şəhərləri ilə qardaşlaşacaq.Prezidentin Qırğızıstana ilk dövlət səfərinin müsbət nəticələri özünü çox gözlətməyəcək,hər iki xalqa iqtisadi və siyasi divedentlər gətirəcəkdir.
Aidə Şıxəliyeva Azər qızı -Masallı rayon
