Azinfo » Bloq » Köşə yazıları » Prezident İlham Əliyevin cari ilin 13 oktaybr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı

Prezident İlham Əliyevin cari ilin 13 oktaybr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı

Tarix : 15-10-2022   /   Bloq / Köşə yazıları  

        

 

 

 

Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.


Çıxışa başlayan Prezident İlham Əliyev Müşavirə iştirakçılarını salamlayıb və AQEM-nın 6-cı Zirvə Toplantısına dəvət edildiyinə və qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.


İlham Əliyev Qazaxıstan Prezidentinin Azərbaycana son səfəri barədə danışıb və müzakirə olunan məsələlərdən söhbət açıb.


Prezident İlham Əliyev qeyd edib ki,Qazaxıstanda Prezident Tokayevin rəhbərliyi ilə aparılan siyasi və sosial-iqtisadi islahatları dəstəkləyir.


Sonra İlham Əliyev müşavirə iştirakçılarına 2-ci Qarabağ Müharibəsində qazanılmış qələbədən söz açıb.Ölkə rəhbəri bildirib ki, 2 ildir ki,Azərbaycan öz torpaqlarını Erməni işğalından azad edərək 30 illik həsrətə son qoyub və bununla da Qarabağda ədalət bərpa olunub.


Eyni zamanda prezident İlham Əliyev bir daha vurğulayıb ki, BMT-Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə icra olunmadığı üçün həmin qətnamələrin icrasını öz üzərinə götürmüşdür.


Müşavirə iştirakçılarının nəzərinə çatdırılmışdır ki,Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı Qarabağda şəhər və kəndlərimiz, mədəni və dini abidələrimiz dağıdılmış, təhqir olunmuş və talan edilmişdir. Bütün bu olanlara qarşı heç bir tədbir görülməmiş,əksinə erməni vandallığı və hərbi cinayəti bir çox təşkilatlar tərəfindən qəhrəmanlaşdırılmışdır.


Ermənistan açıq şəkildə Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı cinayətlər törətmişdir.1-ci Qarabağ  Müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşmüşdür.Bununla bağlı Ermənistan tərəfi məlumat verməli olduğu halda hələ də susmaqdadır.


Azərbaycan torpaqları minalarla çirklənmiş torpaqlar siyahısında öndə gedənlərdəndir.Bu ərazilərin minadan təmizlənməsi üçün müəyyən qədər vaxt və maddi vəsait tələb olunur.


Prezident İlham Əliyev qeyd etmişdir ki, hal-hazırda minalardan təmizlənmə işləri ilə yanaşı,işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparılır.


Cənab Prezident onu da müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır ki,Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir.Ən son sentyabrın 12-dən 13-ə keçən gecə törədilmişdir.Ona görə də Azərbaycan Silahlı Qüvvələri təxribatın qarşısını almaq məqsədi ilə əks-həmlə əməliyyatını başlamağa məcbur olmuşdur.Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif etmişdir.


Daha sonra dövlətimizin başçısı digər məsələlərə də toxunaraq ətraflı məlumat vermişdir.

 

Ş.Xəlilova

S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.

Şərhlər: 0

Şərh yaz