Azinfo » Bloq » Köşə yazıları » Cənubi Azərbaycanda heç zaman dini düşüncə və ya ondan əvvəlki paniranist düşüncə milli-sekulyar düşüncədən üstün səviyyəyə qalxmayıb.

Cənubi Azərbaycanda heç zaman dini düşüncə və ya ondan əvvəlki paniranist düşüncə milli-sekulyar düşüncədən üstün səviyyəyə qalxmayıb.

Tarix : 23-10-2022   /   Bloq / Köşə yazıları  

Cənubi Azərbaycanda İran rejiminə qarşı mövqey həmişə eyni olub. Güney İranda dəyişən hakimiyyətlərin "həssas nöqtəsi" olub. Təkcə ötən əsrdə Cənubda baş qaldıran bütün hərəkatlar İranda kifayət qədər reform yarada bilib. Təəssüflər olsun ki, müxtəlif xarici təsirlər və İrandakı soydaşlarımızın meydanda tək qalması ilə Cənubun inqilabçı hərəkatlarına hədəfi tam çökdürməyə imkan verməyib. 

XIX əsrin sonlarından başlayaraq Şimali Azərbaycandakı iqtisadi inkişaf və sənayeləşmənin fonunda həm də, mədəni-intellektual inkişaf baş verdi. Bununla həmin əsrin əvvəlində Rusiya və İran arasında bölünən Azərbaycan əraziləri arasında, yəni Şimali və Cənubi Azərbaycan Arasında əlaqələr gücləndi. Bu da öz növbəsində Cənubda və Şimalda inqilabi hərəkata təsir etdi.

Cənubi Azərbaycanda milli hərəkatın tempi daha sürətli idi. Bunun əsas səbəbi orada baş verən 1905-1911-ci illəri əhatə edən Məşrutə inqilabına Osmanlının, daha doğrusu Osmanlıda 1908-ci ildə hakimiyyətə gələn, "Türk Birliyi" tezisini rəhbər tutan Gənc Türklərin milli hərəkata dəstəyi idi. Nəticədə inqilabçılar ilkin varianta istədiklərinə nail oldular.

Şimalda da uzun müddət davam edən milli hərəkatın nəticəsi kimi bir neçə il sonra Xalq Cümhuriyyəti elan olundu.
Lakin, 1919-cu ildə Türkiyədəki hakimiyyət dəyişikliklərindən sonra Türkiyə Cümhuriyyəti həm mövcud şəraitdə "Türk Birliyi" ideyasını dəstəkləyə bilmədi, həm də "Vahid türk birliyi" yeni yaranan və çətin İkinci ciddi nəticə 1945-1946- cı illəri əhatə edən 21 Azər hərəkatı ilə əldə olundu. SSRİ-nin dəstəyiylə Təbrizdə Milli Hökümətin yaranması  Güneydə "Bütöv Azərbaycan" ideyasını yenidən canlandırdı. Bu dəfə isə Moskvanın Şah rejimi ilə bazarlığı seçməsi Sovetlərin Milli Höküməti sonadək dəstəkləməsinə mane oldu.
Bununla da ikinci dəfə soydaşlarımız Milli Hərəkatı başa çatdıra bilmədi. 

Təkcə sadaladığımız iki hadisə İranda iki rejimi köklü surətdə zəiflədib və bu hərəkatlar formal olaraq məğlub olsalar da, onları məğlub edən rejimlər də çox yaşamayıb. Bu hərəkatların da məğlubiyyət səbəbləri yuxarıda qeyd etdiyimiz kimi- xarici təsirlər olub.

Elə isə XXI əsrdə, bu gün dünyada baş verən prosseslərin fonunda Cənubi Azərbaycan mövzusu yenidən aktualdırmı ? 

Görünür, son illər Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olması, Mərkəzi Asiya ölkələrinin mümkün qədər Rusiyanın təsir dairəsindən çıxması və Türk mərkəzli birliyə can atması və ən əsası İranda Molla rejiminə qarşı etirazlarda Güneylilərin xüsusi fərqlənməsi İran siyasi rəhbərliyi üçün böyük təhlükə kimi görünür. Teotratik rejim xüsusən Günel Azərbaycanda milli şüurun dini şüurdan üstün olmasını yaxşı bilir.
Bu səbəbdən Molla rejimi Ermənistan kartını ortaya atır. Ermənistanla hazırki yaxınlaşma da  rejimin narahatçılığından doğur. Tələsik Araz sahilində təlimlərin keçirilməsi, konsulluq məsələləri və s. bunun göstəricisidir. 

Bunları əsas tutub demək olar ki, Azərbaycan Prezidentinin coğrafi sərhədlərimizdən kənardakı soydaşlarımızın müdafiəsi haqqında  səsləndirdiyi son fikirləri cənublu soydaşlarımız üçün xüsusi əhəmiyyət daşıyır. Teotratik rejimin kütləvi etirazlara müdaxilə zamanı atdığı addımlar bizim üçün soydaşlarımıza kömək etməyə və onların bununla öz müqəddəratını həll etməsinə imkan  yarada bilər. 

Üstəlik, Cənubi Azərbaycanda milli hərəkat tam olaraq yenidən baş qaldırsa, soydaşlarımız bu dəfə meydanda tək qalmayacağından əmin ola bilərlər. 

Bilmək olmaz, dünyanın hazırki xaotik nizamsızlığı bizə hansı surprizləri edəcək... 

Güneydə milli ruh yaşayır, yaşayacaq ! 

Əli Babazadə, 
Siyasi ekspert

Şərhlər: 0

Şərh yaz