Azinfo » Bloq » Köşə yazıları » Qubadlı şəhərinin 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunmuşdur.

Qubadlı şəhərinin 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunmuşdur.

Tarix : 22-10-2022   /   Bloq / Köşə yazıları  

    

 

 

Bu günlərdə qalib Azərbaycan öz əzəli Qarabağ torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin ildönümlərini qeyd edir. 2020-ci il oktyabrın 25-i isə Qubadlıda erməni təcavüzünə son qoyulan gün kimi tariximizə yazılıb. Bu günü nəinki qubadlılılar, bütün Azərbaycan xalqı otuz ilə yaxın müddətdə gözlədi. 1993-cü il avqustun 31-də Azərbaycanın qədim bölgələrindən olan Qubadlının erməni qəsbkarları tərəfindən işğalı xalqımızı kədərə, yasa boğdu.O,gün Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərimizdəki dədə-baba yurdlarını, isti ocaqlarını tərk etmək məcburiyyətində qalan qubadlılıların məcburi köçkün həyatı başladı. Rayon sakinləri respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti 


İşğal müddətində Ermənistan Qubadlıda hərbi cinayətlər törətməkdən çəkinmədi. Rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurdu. Təcavüzkar ermənilər işğal etdikləri digər ərazilərimiz kimi, Qubadlının da zəngin təbiətinə ciddi ziyan vurdu, ərazidəki bütün tikililəri dağıtdılar.


2020-ci il sentyabrın 27-dən - İkinci Qarabağ müharibəsinin başlandığı gündən Azərbaycan xalqı böyük ümid, həyəcan və inamla cəbhədən xoş xəbərlər gözlədi. Dövlətinin və xalqının misilsiz gücü, etimadı ilə rəşadətli Azərbaycan ordusu otuz ilə yaxın erməni işğalında qalan vətən torpağının hər qarışı uğrunda mübarizə apardı.


Oktyabrın 20-də Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad etdikdən sonra istiqamət Qubadlı rayonu idi. Rayonun azad olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən 2020-ci il oktyabrın 22-də hərbi əməliyyatlara başlanıldı. Gərgin, şiddətli döyüşlər bir neçə gün davam etdi.


Ermənistan otuz ilə yaxın işğal altında saxladığı və xarabalığa çevirdiyi Azərbaycan ərazilərində hərbi bazalar yaratmışdı. Onlar Qubadlı şəhərinin girəcəyində də hərbi baza, istehkamlar qurmuşdular. Ərazinin yüksəkliklərində də erməni ordusunun hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün əvvəlcə düşmənin müntəzəm olaraq hərbçilərimizi atəşə tutduqları yüksəkliklər götürülməli idi. Xüsusi peşəkarlıq və fədakarlıq tələb edən Qubadlı döyüşlərində Azərbaycan Ordusu addım-addım qələbəyə yaxınlaşdı. Azərbaycanın igid, vətənpərvər oğulları döyüş meydanında yağı düşmənə layiqli cavab verdilər. Erməni silahlı qüvvələri ağır zərbələr alaraq geri çəkilməli oldular. Strateji yüksəkliklər, ətrafda yerləşən kəndlər ələ keçirildi. Bundan sonra, oktyabrın 25-də Qubadlı şəhəri düşməndən təmizləndi.


25 oktyabr 2020-ci ildə gözlənilən xoş müjdəni Azərbaycan xalqına Prezident, Ali Baş Komandan İlham Əliyev verdi. O, Qubadlının rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyini bəyan etdi...


Artıq tarixə çevrilmiş o xoş xəbərli günün bir ilinin tamamında Prezident İlham Əliyev Qubadlı zəfərimizdən danışdı: “25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi.    Düzdür, hələ Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”.

 

 

Dəmirçi kən sakini Sadıxova Yeganə Zakir qızı

Şərhlər: 0

Şərh yaz