Qubadlı şəhərinin 2020 ci il 25 oktyabr tarixindı işğaldan azad olunması.
Qubadlı şəhəri Ermənistan ordusu tərəfindən 1993-cü il avqustun 31 –də işğal edilmişdir. Şəhər işğal edilərkən 1 şəhər və 93 kənddən ibarət idi.Qubadlı işğal edilərkən 238 nəfər şəhid olmuş 30 mindən çox Qubadlı sakinin yurd-yuvalarından didirgin düşmüşdü.Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini,12 tarixi abidəni,5000-dən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünüsliq muzeyini yandıraraq talan etmişdilər.
2020-ci il sentyabrın 27 başlayan müharibə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha bütün dünyaya sübut etdi.Şanlı Azərbaycan ordusu tarixdə qızıl səhifə açdı.İşğal altında olan şəhər və kəndlərimizi işğaldan azad etdi.
25 oktyabr 44 günlük müharibənin gedişi atında dönüş nöqtəsi oldu.Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki ermənilər bu şəhərdə güclü istehkamlar qurmuşdular. Şəhərin azad edilməsi üçün , ilk növbədə, yüksəkliklər ələ keçirilməli idi. Məhz buna görə də bu əməliyyat xüsusi peşəkarliq tələb edirdi. Azərbaycan ordusu düşmənlə mübarizədə bu peşəkarliği nümayiş etdirərək düşməni geri çəkilməyə məcbur etdi və Qubadlı işğaldan azad edildi.
Ordumuz Qubadlını azad etməklə böyük qələbəyə yaxınlaşırdı.Azərbaycan ordusu dayanmadan irəliyə doğru hərəkət edirdi.Beyinlərdə bir şüar vardı.Ancaq irəli.30 illik həsrətə son qoyulmalı, xalq öz əzəli torpaqlarına qayıtmalı idi. Döyüş zamanı ordumuza daima dəstək var idi. Ordumuz bu dəstəkdən güc alaraq irəliləyirdi. Onların döyüş meydanında göstərdiyi fədakarlıq,əzm,iradə bizi tam qələbəyə apardı.
Azərbaycan ordusu başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək müharibəni qələbə ilə başa vurduşBu,tarixi zəfər idi.Bu zəfərdə 3000-ə yaxın Azərbaycan oğlunun qanı var, neçə-neçə Azərbaycan oğullarının itirilmiş əzaları , orduya rəhbərlik edən Azərbaycanın hərbi qulluqçularının peşəkarlığı var. Azərbaycan xalqı göstərilən bu fədakarlığı unuda bilməz və unutmur. Buna bizim mənəvi borcumuz çatmaz. Məhz buna görədə 2020-ci il noyabrın 26-da cənab Prezidentin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi.Qubadlının işğaldan azad edilməsində şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə”medalı ilə təltif edildi.
Qubadlının azad olunması və eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş hər bir Azərbaycan oğlunun ruhu qarşısında baş əyirik.
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri!
Şəhla Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi.

