Azinfo » Bloq » Köşə yazıları » Qubadlı şəhəri 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunmuşdur.

Qubadlı şəhəri 2020-ci il 25 oktyabr tarixində işğaldan azad olunmuşdur.

Tarix : 24-10-2022   /   Bloq / Köşə yazıları  

 

          

.

Qubadlı rayon kimi 1933-cü ildə yaradılmışdır.Sahəsi 802 kv/km,əhalisi isə 39 minə yaxındır.Qubadlı və onun ətrafında olan ərazilər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxi idi. 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur.Qubadlı Qarabağ yaylasının cənub şərqində,Bazarçay düzündə yerləşir.Qubadlı maddi- mədəni qalıqları ilə də məşhurdu.Arxeoloji qazıntılar zamanı buradan eramızın V əsrinə aid Sasani hökmdarı Qubadın adı yazılmış sikkələr tapılmışdır.Həmçinin buradan ibtidai insanların yaşadığı mağaralar aşkar olunmuş.Bütün bunlar Qubadlının tarixi abidələrlə də zəngin bir diyar olduğunu deməyimiz üçün əsasdır. Qubadll coğrafi mövqeyinə,ticarət mərkəzi kimi əhəmiyyətinə görə daima ermənilərin diqqətini çəkmişdir.Hələ 1920-ci il 29 noyabrda Ermənistan sovet respublikası elan olunduqdan sonra,30 noyabrda Qubadlı ərazisinin daxil oldugu Zəngəzur diyarı mahal kimi Ermənistanın tərkibinə daxil olmuşdur.O, dövrdə Azərbaycan hökümətinin narazılıqına məhəl qoymadan 1921-ci ilin may ayında Zəngəzurun böyük bir hissəsi Sisyan,Mehri, Qafan,Gorus Ermənistan SSR-yə verilmişdir.Sonralar Qubadlı Zəngilanla birləşdirilsə də 1933-cü ildə ayrılaraq müstəqil olmuşdur. Qubadlı rayonunun strateji əhəmiyyətini başa düşən ermənilər 1993-cü ildə bu gözəl diyarı da işğal edirlər.Qubadlı çoxlu sayda insan tələfatına,dağıntılara məruz qalır.


2020-ci il 25 oktyabrda Ali baş komandan İlham Əliyevin əmri, Azərbaycan silahlı qüvvələrinin başçılığı nəticəsində Qubadlı şəhəri düşməndən azad edilir. II Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda qızğın döyüşlər getdi. Hər iki tərəf çoxlu itki verdi. Onlar arasında Qubadlı diyarından olan Şükür Həmidov öz torpağı uğrunda qəhrəmancasına döyüşdü və sondə şəhidlik mərtəbəsinə ucaldı. Şükür Həmidovla bərabər bir çox Azərbaycan oğulları Qubadlı torpaqları uğrunda qəhrəmabcasına vuruşub şəhid olmuşlar. Bu gün artıq Qubadlının işğalından 2 il ötüb keçir.Xalqımız müqəddəs Vətən torpaqları uğrunda canından keçən Şəhidlərimizi daima yad edir,Qazılarımıza can sağlığl diləyir.

 

Masallı rayon Yolağac kənd tam orta məktəbinin Tarix müəllimi  Ağayeva Leyla Azər qızı.

 

Şərhlər: 0

Şərh yaz