Millət vəkili Musa Qasımlı vətəndaşlarla səyyar-qəbul keçirtdi - FOTO

Milli Məclisin deputatı Musa Qasımlı və Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova Qəriblər , Qodman , Sığdaş və Miyankü kəndlərində seçicilərlə görüş keçirmişdir. Kəndlərin problemləri, seçicilərin üzləşdiyi problemlər, məktəblərdə təhsilin səviyyəsi ilə yaxından tanış olmuşlar. . Görüş zamanı seçicilərin qaldırdığı əsas məsələ elektrik dirəklərinin yararsız vəziyyətə olması, elektrik xətlərinin kabelləşmə ilə əvəz edilməsi və internetin sürətini aşağı olması ilə bağlı olmuşdur.
Vətəndaşların qaldırdığı məsələlərə həssaslıqla yanaşan Millət vəkili Musa Qasımlı həlli istiqamətində addımlar atılacağını bildirmişdir.





Şərhlər: 0
Şərh yaz
