Azinfo » Bloq » Köşə yazıları » 8 noyabr Zəfər günü ilə əlaqədar.

8 noyabr Zəfər günü ilə əlaqədar.

Tarix : 08-11-2022   /   Bloq / Köşə yazıları  


 Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr tarixi hər bir azərbaycanlının qürur mənbəyidir .Məhz 8 noyabr tarixində Azerbaycan xalqının əzəməti, dönməzliyi,qəhrəman oğulların döyüş meydanında şücaəti bütün Dünyaya səs saldı.Hər yerdə Qəhrəman oğullarımız döyüş meydanındakı hünərindən,cəsurluğundan danışırdılar.   44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.


 Dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri də sözsüz ki, 44 günlük Vətən müharibəsi olmuşdur. Azərbaycanın qəhrəman oğullarının göstərdiyi şücaət, tarixdə silinməz iz qoyaraq, Azərbaycan xalqının əzəmətini,qüdrətini bir daha Dünyaya nümayiş etdirdi.30 ilə yaxın davam edən işğal dövrü ilə barışmayan xalqımız qətiyyətini, dönməzliyini Vətən müharibəsində göstərdi.27 sentyabr  2020- ci ildə əks-hücum kimi başlanan hərbi əməliyyatlar tezliklə Vətən müharibəsinə çevrildi.Xalq tez bir zamada ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımızın işğaldan azad olunma xəbərini almağa başladı. 

  

8 noyabrda Qarabağın göz bəbəyi Şuşanın azad olundu. Bu, Vətən müharibəsində qələbə demək idi.  Şuşanın azad edilməsi son əsrdə Azərbaycan tarixinin ən şanlı qələbəsidir. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böyük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu.


 Ali Baş Komandanın “Dəmir yumruq” siyasəti , ordumuzun bir-birinin ardıyca qazandığı şanlı zəfərlər düşməni danışıqlar masasına oturmağa məcbur etdi. Beləliklə 10 noyabr 2020-ci ildə imzalanan bəyanat ilə Vətən müharibəsinə son qoyuldu .Bu bəyanat Ermənistanın hərbi kaputulasiyası  demək idi.  Bəyanatın imzalanması ilə münaqişənin  hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam  məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi.


  10 noyabrda Qalib Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən  torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan  Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla da qazanmaq olar. Qələbənin qazanilmasında mülki əhalinin də çox böyük rolu oldu. Xalq bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdi,orduya hər cəhətdən dəstək oldu.Erməni mənfurlarının  30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeiliklər gətirdi.



Babayeva Elanora

Masallı rayon N.Nərimanov adına şəhər 2 saylı məktəbin tarix müəllimi.

Şərhlər: 0

Şərh yaz