Azinfo » Bloq » Köşə yazıları » Qalib ordu və prezident, Azərbaycan silahlı qüvvələrinin müzəffər Ali Baş komandanı cənab İlham Əliyev.

Qalib ordu və prezident, Azərbaycan silahlı qüvvələrinin müzəffər Ali Baş komandanı cənab İlham Əliyev.

Tarix : 04-11-2022   /   Bloq / Köşə yazıları  

  

  Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanın­da müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mü­barizlik, müdriklik rəmzinə çevrildi.

       

 Bütün bunların nəticəsi idi ki, 44 günlük hərbi əməliyyatlar ərzində heç bir beynəlxalq təşkilat Ermənistanın müdafiəsinə qalxmadı. Azərbaycan isə dünyaya BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz hüquqlarını müdafiə etdiyini, ölkəmizin təcavüzə məruz qalan dövlət kimi özünümüdafiə haqqını gerçəkləşdirdiyini və buna görə kiminsə onun haqq mübarizəsini əngəlləmək gücündə olmadığını vurğuladı.

      

 Lakin bu məqamda xatırladaq ki, bu günlər ərzində Fransa istisna olmaqla, dünyanın heç bir dövləti açıq şəkildə Ermənistanın müdafiəsinə qalxmadı. Beləliklə, Ermənistan siyasi baxımdan beynəlxalq ictimaiyyətdən dəstək almadı və bütün bunların fonunda dünya işğalçının məhz Ermənistan olduğunu  gördü.

         

 Prezident İlham Əliyev müharibə dövründə xarici jurnalistlərə 30-a yaxın müsahibə verdi. Dövlətimizin başçısı həmin müsahibələri ilə dünya ictimaiyyətində Dağlıq Qarabağ prob­lemi, habelə bu münaqişənin hüquqi məsələləri ilə bağlı aydın təsəvvür ya­ratdı. Başqa sözlə, Ali Baş Komandan İlham Əliyev beynəlxalq müstəvidə Dağlıq Qarabağın məhz tarixi Azərbaycan torpağı olmasının hüquqi tərəflərinə faktlarla, dəlil-sübutlarla mükəmməl şəkildə aydınlıq gətirdi.

          

 Vətən müharibəsi ilə işğal altındakı torpaqlarımız düşməndən təmizləndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi, 30 il yağı tapdağında qalmış yurd yerlərimiz  Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut qəsəbəsi, digər yaşayış məntəqələri, habelə strateji yüksəklikləri geri qaytardı. Hər bir kəndin, qəsəbənin, şəhərin azad olunması xalqımız tərəfindən el bayramı kimi, böyük sevinclə, təntənə ilə qarşılandı, müzəffər Ali Baş Ko­mandanımıza, qalib ordumuza dərin minnətdarlıq ifadə olundu.

           

 Hazırda erməni faşistlərindən xi­las edilən ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır.Azərbaycan əsgəri müharibə günlərində əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsinə çevril­di. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait xərclədiyi nəhəng istehkamlar qısa müddətdə darma­dağın edildi, ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu haqqında ermənilərin yaratdığı “məğlubedilməzlik” mifi dağıdıldı, düşmən silahlı qüvvələrinin yüzlərlə texnikası, minlərlə canlı qüvvəsi sıra­dan çıxarıldı.

       

 Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin alınması, bunun ardınca, noyabrın 10-da Ermənistanın ağ bayraq qaldırması, kapitulyasiya etməsi tariximizə zəfər həftəsi kimi yazıldı.

        

 Ali baş Komandan pre­zident İlham Əliyev hələ əks-həmlə əməliyyatlarının ilk günlərindəki müraciətlərində Ermənistan qarşısın­da şərtlərini açıq-aydın bildirmişdi. Düşmən işğal altındakı Azərbaycan torpaqlarından qoşunlarının çıxa­rılması ilə bağlı qrafik versə, döyü­şü dayandıracaqdır.Razılaşmayan Paşinyan rejimi bu təklifdən boyun qaçırdı. Nəticə düşmən üçün son dərəcədə acına­caqlı oldu. Döyüş meydanlarında minlərlə erməni əsgəri məhf edildi . Hazırda Ermənistanda keçirilən etiraz aksiyalarında məhz bu ağır məğlubiyyətə görə baş nazir Pa­şinyanı vaxtında düzgün qərarlar verməməkdə, Ermənistan silahlı qüvvələrinin gücsüzlüyünü bildiyi halda, əsgər və zabitləri irəli atılma­ğa məcbur etdiyinə görə istefaya səsləyirlər.

         

  Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla 30 ildən artıq davam edən münaqişəyə, Azərbaycan torpaqla­rının işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafı­na yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırıl­ması elan edildi.

 

 


 Ülvi Rufullayev

 Binə Xocavar kəndi.

Şərhlər: 0

Şərh yaz