Azinfo » Bloq » Köşə yazıları » Qalib ordu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Qalib ordu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Tarix : 07-11-2022   /   Bloq / Köşə yazıları  


İllərdir həsrətində olduğumuz,haradasa bir gün " Torpaqlarımız artıq azaddır" cümləsini eşidəcəyimizə " inamımızın tükəndiyi bir vaxtda biz qeyri- adi günlər yaşadıq. Doğrudur, Ali Baş Komandanımıza və qüdrətli ordumuza güvənimiz sonsuzdur,amma bu bizim üçün möcüzə idi. Prezidentimiz və rəşadətli ordumuz tarix yazdı. Elə bir tarix yazdı ki, hər dəqiqəsi, hər anı yaddaşlarda tarix oldu, dastan oldu. Uzun müddət humanist insan olan İlham Əliyev müharibəni sülh yolu ilə həll etməyə çalışdı, amma bu heç bir nəticə vermədi. Bizim bu müqəddəs yolda gedən müharibəmizdə qarşımıza  çətinliklər çıxmadı- desək yanlış olar. Amma bütün bu təzyiqlərə sinə gərdik. Azərbaycan xalqının birliyi, Ali Baş Komandanın güclü strategiyası və qüvvətli ordumuz sayəsində buna nail olduq. Prezident İlbam Əliyev həm diplomatiya, həm siyasi platformada öz işinin öhtəsindən layiqincə gəldi. 90 - cı illərin müxtəlif aylarında tökülən hər bir azərbaycanlının qanını yerdə qoymadıq.Bir zamanlar" Qarabağ Ermənistandır" deyərək doğma torpaqlarımızda rəqs edən ədəbazlar cavablarını aldılar. İlham Əliyev  ona öz yerini göstərdi və ona kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bütün dünya gücümüzü,qüdrətimizi,həmrəyliyimizi,birliyimizi gördü. Müharibə zamanı  Azərbaycan xalqının göstərdiyi həmrəylik, öz liderinin ətrafında yumruq kimi birləşməsi, mərd, igid oğullarımızın doğma torpaqlar uğrunda ölüm- dirim savaşına girməsi dillərdə dastan  oldu.              

         

 44 gün davam edən Vətən müharibəsində düşmənə qan udduran ordumuz düşmənin həm canlı qüvvəsinə,həm də texnikasına ciddi zərər vurmuşdu.Azərbaycan isə müharibəni müasir döyüş imkanları ilə həyata keçirirdi.30 ilin həsrəti bizləri daha da mətinləşdirmişdi. Qəlbimizdə Qarabağ bir düyünə çevrilmişdi, amma bu problem, bu dərd, bu çiynimizdəki ağır yük axır ki, həll olunub. Bu qələbə vasitəsilə Prezidentimiz, biz, ordumuz torpağımızı qoruduq, xalqımızı, qeyrətimizi, milli- mənəvi dəyərimizi, bir sözlə Azərbaycanı qoruduq. Qarabağ işğal olunarkən ana qucağında ,qundaqda olan körpə oğullar vətənin dar günündə   onun köməyinə gəldi və vətənə   olan borcunu qaytardı.Biz Qarabağa bu gün Müzəffər Ali Baş Komandanın düzgün yeritdiyi siyasət sayəsində qayıdırıq, biz Qarabağa bütün dübyanın şahidi olduğu güclü xalq kimi qayıdırıq. Ali Baş Komandan İlham Əliyev ordu və xalqı ilə birlikdə iradə,əzm və milli ruh göstərərək tarixi missiyasını yerinə yetirdi. 44 gün ərzində təkcə torpaqlarımız işğaldan azad olunmadı,həm də Azərbaycan regionda öz sözünü demuş bir ölkəyə çevrildi.30 ilə yaxın davam edən münaqişəyə nisbətən son qoydu,baxmayaraq ki,erməni öz erməniliyindən əl çəkmir. Amma hər zaman cavabını alır.          

            

 Müzəffər Ali Baş  Komandanımızın,şanlı ordumuzun şərəfinə nəğmələr, şeirlər, filmlər çəliləcək.Bu qələbə dillərdə dastan olacaq.Bunu tamamilə haqq edirlər.Müzəffər Prezidentimizin iradəsi,sarsılmaz qətiyyəti,Şanlı ordumuzun qüdrəti və qəlbi vətən eşqi ilə dolub- daşan hərbçilərimizin ,azərbaycanlılarımızın birliyi sayəsində biz bu qələbə sevincini yaşadıq.Var olsun  ordumuz,var olsun Müzəffər İlham Əliyev.                                                                

 

    Cəfərova Aytən Balağa qızı.

    C.Cabbarlı adına Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi 

Şərhlər: 0

Şərh yaz