Azinfo » Bloq » Köşə yazıları » Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir

Tarix : 15-11-2022   /   Bloq / Köşə yazıları  

         

 

 

Ulu öndərimizin uğurlu fəaliyyətinin növbəti nəticəsi YAP idi . Dünənin, bugünün və gələcəyin partiyası hesab olunan Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər davam edir.

             

Növbəti belə tədbir Yəni Azərbaycan Partiyasının Zəngilan rayonu təşkilatında keçirilib . Təşkilatın sədri Natiq Quluzadə hakim partiyanın keçdiyi inkişaf yolundan  bəhs edib. Bildirmişdir ki,Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləyib . Partiya fəaliyyətini ümummilli liderin ideyalarına, Onun milli məfkurəsinə , xalqın , dövlətin maraqlarına əsaslanaraq qurub.   Partiya hal-hazırda Prezident İlham Əliyev rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəliləyir.  Tədbirdə Yeni Azərbaycan Partiyası  Zəngilan rayonu təşkilatının inkişafında və rayonun ictimai siyasi həyatında uğurlu fəaliyyətinə görə bir qrup partiya üzvünə fəxri fərmanlar , partiya sıralarına yeni qəbul olunan  üzvlərinə vəsiqələr, vətən müharibəsi iştirakçılarına isə medallar təqdim edilib . Tədbirlər bir çox yerlərdə baş verdi . Bunlardan  bir digəri də Nizami rayonu idi.  Nizami rayonu təşkilatının ərazi partiya təşkilatlarında partiyanın təsis olunmasının 30-cu ildönümü münasibətilə tədbir təşkil olunub  .

          

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirlərdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

          

Bildirilib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Qeyd edilirdi ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Əminliklə demək olar ki, Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

             

Yuxarıda da qeyd etdiyim kimi , tədbirlərin sonunda partiya veteranları fəxri fərmanlarla təltif olunub, Yeni Azərbaycan Partiyasının  təsis olunmasının 30-cu ildönümü münasibətilə partiyaya qəbul olmaq istəyənlərin müraciətlərinə baxılıb.

 

Masallı rayonu N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Aycamal Bağırova 

Şərhlər: 0

Şərh yaz