Azinfo » Bloq » Köşə yazıları » İkitərəfli əməkdaşlıq

İkitərəfli əməkdaşlıq

Tarix : 17-11-2022   /   Bloq / Köşə yazıları  

                                                             

                                                                    

                             

                               

  Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirakı edərək milli maraqlarının qlobalo siyasətdə müdafiyyə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə  tərəfdaş dövlətlərin diqqətini  cəlb edir. Azərbaycan dövləti dövlətlər  və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan   əlaqələrə  üstünlük verir. Azərbaycan beynəlxalq münasibətlərini inkişaf etdirməkdədir. Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlərin Cənubi Qafqaz regionundakı ən etibarlı tərəfdaşına çevrilib. Azərbaycan Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edir. Onlardan biri də Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Beynəlxaq əlaqələrin daha da genişləndirməsi ilə bağlı Noyabrın 15-də a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Albaniya Respublikasında rəsmi səfər etmişdir.

             

Albaniya 28,750 kvadrat kilometr sahəyə sahib bir ölkədir. Onun ümumi ərazisinin 70% -dən çoxunu dağlıq hissə təşkil edir.Albaniya BMT, Dünya BankıUNESCONATOÜmumdünya Ticarət TəşkilatıAvropa ŞurasıATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir. 

                

Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyaya ilk səfəri  Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış oldu.Onu qeyd etmək istərdim ki,İki ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub. Bu münasibətlərin 2023-cü ildə 30-cu ildönümü qeyd ediləcək. Bununla  əlaqədar gələn il Albaniyada "Azərbaycan həftəsi"nin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub və olacaqdır. 

                

Noyabrın 15-də Cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatı zamanı demişdir,“Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.””O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.”

 

           Dilgüşə Məmmədova -  Maallı Tarix Diyar Şunaslıq –muzeyin elmi işçisi.

Şərhlər: 0

Şərh yaz