Laçın rayonunun işğaldan azad edilməsi.
Bildiyimiz kimi 10 noyabr bəyanatına əsasən Azərbaycan Respublikasının işğal altında olan rayonlarının çox hissəsi müharibə yolu ilə düşməndən geri alındı və bundan sonra müqaviməti qırılan düşmən qalan bir neçə rayonumuzu zor gücü olmadan təslim olaraq bizə təhvil verməyə məcbur oldular. Bu rayonlardan biridə ən gözəl rayonlarımızdan biri olan Laçın rayonu idi ki, düşmən ordumuz qarşısında tab gətirməyərək özləri 01 dekabr 2020-ci il tarixində Laçın rayonunu heç bir müqavimət görmədən tərk edərək əsl sahibinə təslim etdilər.Laçın rayonu Dağlıq Qarabağın ən mühüm 7 rayonundan biridir.8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad edilməsindən sonra ordumuz artıq Laçın rayonunun bir neçə kəndini və əlavə bir neçə mühüm strateji mövqeləri ələ keçirdikdən sonra düşmən məğlubiyyətlə barışaraq Ağ bayraqlarını qaldırdı.
Hamımıza məlum olduğu kimi düşmən istər işğal müddətində istərsə də 10 noyabr Bəyanatından sonra tərk etdikləri şəhərlərimizi bərbad hala salaraq nə qədər vijdansız, insanlıq hissləri olmayan bir xalq olduğunu təkrar-təkrar sübut etdi.Amma əksinə Azərbaycan ordusu Ağdam və Kəlbəcərdə olduğu kimi, qeyri-qanuni yaşadığı əraziləri Azərbaycan torpaqlarını tərk edən ermənilər Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan rahatlıqla bütün əşyalarını götürüblər.Azərbaycan ordusu onlara ərazini tərk etmək üçün bütün şəraiti yaradıb.Bunun müqabilində isə, Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.Halbuki bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq,1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub.Onların bir çoxu qirğına məruz qalıb, atəşə tutulub, meyitləri belə təhqir edilib.İşğalı dövründə laçın rayonu yüzlərlə şəhid verib, onlarla günahsız insan Laçında girov götürülüb.Rayondan köçkün düşən Azərbaycan əhalisi özü ilə heç nə götürə bilməyib, sakinlərin bütün əmlakı işğalçı Ermənistan ordusu tərəfindən qarət olunub.Bir sözlə desək, bu baş verənlər həm də Azərbaycan və Ermənistan arasındakı fərqi anlamaq üçün növbəti əyani nümunədir.
Laçın rayonu Respublikanın cənub-qərbində, Qarabağ silsiləsində yerləşir. Rayonun relyefi dağlar və dağlıq yaylalardan ibarətdir.Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594 m).Eyni zamanda rayon ərazisində 2 xüsusi mühafizə olunan təbiət ərazisi- Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın Dövlət Təbiət Yasaqlığı yerləşir.
Ümumilikdə, Laçının işğaldan azad olunması ilə ölkəmizin bu gözəl guşəsində yenidn həyat canlanacaq, insanlar öz yurdlarına qayıdacaq və böyük quruculuq işləri həyata keçiriləcək. Beləliklə, sonda qeyd etmək istərdim ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin direktor müavini:
Cabbarov Cəmaləddin Sucəddin oğlu

