Azinfo » Bloq » Köşə yazıları » Vətən müharibəsi Azərbaycan tarixinə silinməz bir tarixi həkk etdi.

Vətən müharibəsi Azərbaycan tarixinə silinməz bir tarixi həkk etdi.

Tarix : 07-12-2022   /   Bloq / Köşə yazıları  

             

 

 

Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün müasir dövrün tələbləri və reallıqlarına müvafiq Azərbaycan inkişaf edir. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi.

            

Müharibə dövründə hər bir azərbaycanlı Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşdi və hər kəs Ali Baş Komandanın əmrini gözləyirdi. Xalq-iqtidar birliyi ən çətin anda belə özünü göstərdi. Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi: "Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq".Bu gün Azərbaycan xalqı şəhidlərimizi böyük ehtiramla yad edir. Anım Günündə Bakı şəhərində keçirilən yürüş Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza böyük ehtiramın nümunəsidir.

            

 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb. Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də, ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdiriblər. Xalqımız mərd, məğrur insanları ilə qürur duyur və illər, əsrlər boyu bu xatirələrdə, əsərlərdə yaşanılacaq. Bir dastana, eposa çevriləcək. Hər bir vətən oğlu qəhrəman övlad kimi gələcək nəsillərə nümunə olaraq təqdim ediləcəkdir

             

Bəli, Azərbaycan xalqı "dəmir yumruq" əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. Qeyd edək ki, ötən il noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi!  Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" deməsi hər bir azərbaycanlının qəlbində böyük bir sevinc yaşatdı.

          

Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara Böyük Qayıdışa başlayıb. "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.

 

                   Mehtiyev Arif səyyad oğlu Bədəlan kənd tam orta məktəbi

Şərhlər: 0

Şərh yaz