Ümummilli lider Heydər Əliyevin anım günüdür.
Hər bir xalqın tarixində daima xatırlanacaq dahi şəxsiyyət var. Azərbaycanın tarixində danılmaz şəxsiyyət-Heydər Əliyev öz ağlı,siyasi iradəsi,cəsarəti,heç bir təhlükədən qorxmadan bütün vəziyyətlərdə xalqının ,millətinin mənafeyini müdafiə etməsi bizim yaddaşımızda əbədi olaraq həkk olunub.O,Azərbaycanın qurucusu,ulu öndəridir.
Heydər Əlirza oğlu Əliyev 1923- cü ilin mayın 10- da Naxçıvanda anadan olmuşdur.H.Əliyev Leninqradda xüsusi ali təhsil alıb.1957- ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.1982- ci ilə qədər Azərbaycan SSRİ- nin müxtəlif vəzifələrində çalışmış 1987- ci ildə isə M.Qorbaçovun siyasi xəttinə etiraz olaraq ,tutduğu vəzifədən istefa vermişdir.
Heydər Əliyev 1993- cü ildə oktyabrın 3- də səsvermə nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.1998- ci ildə xalqın ona olan sevgisi yenidən özünü büruzə verərək 2- ci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.2003- cü ilin oktyabrında keçirilən seçkilərə namizədlik irəli sürsə də sağlamlığında yaranan problemlərlə əlaqədar seçkilərdə iştirak edə bilmir.ABŞ- da sürən uzunmüddətli müalicələr fayda vermir və 2003- cü ilədə dekabrın 12- də dahi şəxsiyyət dünyasını dəyişir.Bu günü biz təəssüflə xatırlayırıq.10 il bundan əvvəl Azərbaycan öz vətən oğlunu itirmişdir.Həmçinin Azərbaycanın milli birlik günü kimi də xatırlayırıq.Ona görə ki,bu gündə hamımız onun siyasəti ətrafında sıx birləşmişik.
Ulu öndər Heydər Əliyev Azərbaycanın ən çətin zamanlarında xalqının yanında olmuş,onun düzgün siyasəti nəticəsində Azərbaycan güclü dövlətə çevrilmişdir. Azərbaycan xalqı həmişə ona güvənmiş və inanmışdı. Heydər Əliyev hakimiyyətə gələnədək Azərbaycan müstəqil xarici siyasət yürüdə bilmirdi. İqtisadiyyatı, dövlət əsasları dağılmış vəziyyətdə idi.1993- cü ildə xalq özü ona müraciət edərək,onu hakimiyyətə dəvət etmişdir.Çünki xalq Heydər Əliyevin siyasətinə arxalanırdı. Məhz bundan sonra Azərbaycanda siyasi sabitlik yaranmış və inkişaf dövrü başlamışdır.
Bundan başqa,Heydər Əliyevin 20 Yanvar hadisələrində də əməllərini unutmamalıyıq.Həmin vaxtlarda o, haqq səsini ucaldaraq xalqın danışan dili olmuşdur. Böyük cəsarət göstərərək, Sovet rəhbərliyini ittiham edərək,onları qınamışdır.Bütün bunlarHeydər Əliyevin əsl lider,əsl öndər olduğunun sübutudur.Bu gün də Azərbaycanın inkişaf etmiş ölkələr arasında olması Heydər Əliyevin zamanında aparılan düzgün idarəetmə fəaliyyətinin nəticəsidir.İndi isə onun davamçısı İlham Əliyev ölkəni inamla irəliyə aparır.
Heydər Əliyev öz müdrikliyi ,cəsarəti ilə xalqın sevgisini qazanmışdır.Heydər Əliyevin fəaliyyəti , xalqı üçün gördüyü işlər çoxdur,saymaqla bitməz.Bunlardan biz məhz onun qərarı ilə milli- üçrəngli bayrağımızın dövlət bayrağı kimi elan olunmasını da qeyd edə bilərik.Onun apardığı islahatlar ölkəmizin inkişafına ,dərin köklər üzərində qurulmasına əsaslı şərait yaratmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində sözlə ifadə edilməyəcək dərəcədə dahidir,böyük şəxsiyyətdir.Onun ölümü Azərbaycan xalqı üçün böyük itkidir.Onun xalqına etdikləri heç vaxt yaddaşlardan silinməyəcək.
Masallı rayonununun Ərkivan qəsəbəsinin C.Cabbarlı adına 1 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəfərova Aytən Balağa qızı.

