Azinfo » Bloq » Köşə yazıları » Böyük Qayıdış !

Böyük Qayıdış !

Tarix : 24-12-2022   /   Bloq / Köşə yazıları  

                                          

 

              Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.44 günlük Vətən müharibəsində əldə olunan böyük qələbə xalqımızın Qarabağa böyük qayıdışıdır.

                

Müstəqillik qazandıqdan sonra Azərbaycanın ən böyük uğuru işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunmasıdır. Məhz İkinci Qarabağ savaşı Azərbaycan Ordusunun qüdrətini, rəşadətini və şücaətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan zəfər yürüşü nəticəsində düşməni əzəli torpaqlarımızdan qovaraq BMT-nin qətnamələrini özü yerinə yetirməli oldu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib və mühüm infrastruktur layihələri həyata keçirilir. Bu isə illərdir həsrətində olduğumuz “Böyük Qayıdış”a hesablanan böyük prosesdir.

               

Bütün dünyaya məlumdur ki, Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərərək, xalqımıza qələbə sevincini yaşatdı. Bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmizin müstəsna rolu danılmazdır. Ölkəmizdə aparılan inkişaf siyasəti,  xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Ələlxüsus da iqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Qələbəmizin əldə olunmasında mühüm amillərdən biri  tarixi şəhərimiz olan Şuşanın işğaldan azad edilməsi idi. Cənab prezidentin də dediyi kimi “ Şuşasız bizim işimiz yarımçıq olardı.”  Ölkə başçısının Şuşaya tarixi səfəri o torpaqlara yeni nəfəs, yeni ruh verdi. Cıdır düzündə cənab Prezidentin paxlava ilə çay içməsi rəmzi xarakter daşıyırdı. O, milli mətbəximizi, mədəniyyətimizi dünyaya təbliğ edən bir görüntü idi. Ali Baş Komandanımız bu görüntüsü ilə eyni zamanda Cıdır düzündə sərxoş vəziyyətdə yallı gedən Ermənistan rəhbərliyinin hansı səviyyədə olduğunu və Azərbaycan xalqının necə yüksək mədəniyyətə malik olduğunu açıq şəkildə dünyaya göstərdi.

              

Bu qayıdış və şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanıldı. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri şəhid ailələrinə, müharibə əlillərinə qayğıdır. Bu gün də şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi dövlət başçımız tərəfindən Azərbaycanın ən ali hərbi, yüksək orden və medalları ilə “Vətən Müharibəsi Ordeni”  “Zəfər” ordeni, “Qarabağ” ordeni ilə təltif ediliblər. Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin hər zaman diqqət mərkəzindədir. Ali Baş Komandanımızın da dediyi kimi:  “Biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

 

 

                   İmanbəyli İradə-Masallı rayonu,Dəmirçi məktəbi

Şərhlər: 0

Şərh yaz