Azinfo » Bloq » Köşə yazıları » Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşmüşdür.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşmüşdür.

Tarix : 27-12-2022   /   Bloq / Köşə yazıları  

     

 

Cari ilin 24 dekabr tarixində Prezident İlham Əliyev Qərbi Azərbaycan ziyalıları ilə görüşü keçirilib. Görüş zamanı Ali Baş Komandan bir sıra mühüm məsələlərə toxunmuşdur .Həmçinin görüş zamanı Qərbi Azərbaycan  İcmasını inzibati binası ilə, binanın şəraiti ilə yaxından tanış olmuşdur. Qərbi Azərbaycan İcması Azərbaycan Qaçqınlar Cəmiyyətinin davamıdır. Bu qurumda qaçqın düşən azərbaycanlılar barədə  sənədlər, onlar haqqında faktlar saxlanılır. XX  əsrin sonlarında öz yurdundan didərgin düşmüş minlərlə ailənin ziyanı hesablanaraq  qeydə alınmışdır.Bu ailələr haqqında dəqiq statistika aparılımışdır.

 

Bina ilə tanış olduqdan sonra Prezident İlham Əliyevin nitqi başlamışdır. Prezident İlham Əliyev binanın Qərbi Azərbaycan İcmasına verilərək gələcək inkişafından danışmışdır. Qarabağın  məcburi köçkünləri artıq bilirik ki, öz doğma yurdlarına qayıdırlar. Zaman olacaq ki, bizim Qərbi Azərbaycandan olan soydaşlarımız  öz yaxınları ilə Qərbi Azərbaycana qayıdacaqlar.Biz buna böyük ümid bəsləyirik.

             

Qərbi Azərbaycan bizim tarixi  torpaqlarımızdır.Biz bu sözləri " quru sözlə" təsdiqləmirik. Bunu tarix deyir, tarixi faktlar deyir. Ermənilər tarixi faktları məhv etmək üçün Qarabağda etdikləri kimi Qərbi Azərbaycanda da bizim bütün abidələrimizi yerlə- yeksan ediblər.Ancaq,təbii ki ,tarixi bu qədər asan məhv etmək olmaz.Sənədlər,xəritələr bütün bunlar bir daha göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhər və kənd adları da Azərbaycan mənşəlidir. Biz bunları bilirik, bilməklə yanaşı dünya ictimaiyyətinə də çatdırmalıyıq, sübut etməliyik. Bu Qərbi Azərbaycan İcması bu yolda məqsədyönlü şəkildə çalışmalıdır,çalışacağına da əminik. XX əsrdə xalqımıza böyük faciələr üz vermişdir.Tarix boyu Azərbaycan qürurlu və qara səhifələr də olmuşdur.AXC- nin yaradılması müsəlman aləmində ilk respublika olmadı baxımından şərəf doğursa da,qara səhifələri  də var. Çünki həmin vaxt tarixi şəhərimiz olan İrəvan faktiki olaraq Ermənistana bağışlanmışdır. Bu,bağışlanmaz bir hərəkət idi. Tarixi həqiqətlərin  təhrif olunmadına yol verməməliyik. Bu hamımızın müqəddəs borcudur.Növbəti dəfə isə Azərbaycanı Naxçıvandan və Türkiyədən ayırmaq məqsədilə Zəngəzuru da Ermənistana birləşdirdilər. Ümumiyyətlə, Azərbaycan  XX əsrdə çox bəlalar ilə üzləşmişdir. Amma Azərbaycanı əyə bilmədilər, bunu bacarmadılar, həmişə var olduq, mübarizə apardıq və qalib olduq. Erməni vəhşiliyini dünya ictimaiyyəti görmür, ya da görmək istəmir. Buna baxmayaraq, biz əminik ki, Qərbi Azərbaycan  İcması Azərbaycan dövlərinin dəstəyi ilə bunu bacaracaq.Qarabağa gələn xarici vətəndaşlar artıq öz gözləri ilə  vəhşilikləri görür.

             

Uzun illər Azərbaycan Qaçqınlar Cəmiyyəti kimi fəaliyyət göstərən bu qurum tarixi torpaqlarımız üçün aparılan mübarizədə də bizə  yaxından dəstək olacaq. İcma həm öz imkankarl, həm də Azərbaycan dövlətinin dəstəyi sayəsində bu işlərə əhəmiyyətlə yanaşmalıdır.Bütün bunların nəticəsində biz öz məqsədimizə nail olacağıq.  

                

Ölkə rəhbəri bu il ərzində baş verən bir çox önəmli hadisələr haqqında da məlumat vermişdir.Azərbaycan-Ermənistan sərhəddində keçirilən məcburi əməliyyatdan danışmışdır.Əldə edilən uğurların gələcək üçün zəmin olduğunu qeyd etmişdir.

              

Cənab Prezident Laçın yolunda baş verən hadisələrə də aydınlıq gətirmişdir.Qeyd etmişdir ki, təbii sərvətlərimizin istismar edilməsi beynəlxalq hüquqi normaya görə cinayətkarlıqdı. Sonda cənab Prezident bir daha vurğulamışdır ki, Qarabağa  qayıdış davam edir, əminəm ki, Qərbi azərbaycanlılar da qayıdacaqlar.

 

 

Masallı rayon Ərkivan  qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəfərova Aytən Balağa qızı.

 

Şərhlər: 0

Şərh yaz