Azinfo » Bloq » Köşə yazıları » İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib.

İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib.

Tarix : 21-01-2023   /   Bloq / Köşə yazıları  

 

 Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib. Dövlətimizin başçısı müsahibə zamanı bildirib ki, bizim uzun illərdir ki, çox yaxşı münasibətlərimiz var. Biz sizin ölkənizi sevirik və şadıq ki, getdikcə daha çox azərbaycanlı Çinə səfər edir. Bununla yanaşı, Çindən gələnlərin də sayı artır. İnsanlar arasında təmaslar daha sıx siyasi münasibətlərin qurulmasında vacib rol oynayır. Əminəm ki, Çin özünün iqtisadi və sosial inkişafında uğurlar əldə etməyə davam edəcək və bizi birləşdirəcək Orta Dəhliz layihəsi uğurla həyata keçiriləcək”. Mən çinli dostlarımızı Çin təqvimi üzrə Yeni il münasibətilə təbrik etmək istəyirəm. Bütün Çin xalqına sülh, firavanlıq və uğur diləyirəm. Azərbaycan olaraq biz sizin dostunuz və tərəfdaşınızıq.Çin beynəlxalq platformalarda Azərbaycana qarşı kampaniyalara qoşulmur, əksinə, “səssiz ordu”su olan iqtisadi rıçaqlarından Bakının regional oyun qaydalarındakı yerini möhkəmlətmək üçün istifadə edir. Çünki Azərbaycan Zəngəzur dəhlizinin açılmasını Ermənistanın qarşısına şərt qoyur. Açılması gözlənilən bu koridor Orta Dəhlizin əhəmiyyətini artırır və Çinin Cənubi Qafqaz regionundakı iştirak həcmini genişləndirə biləcək platformaya çevirir.

                

Prezidentimiz İlham Əliyev müsahibədə Orta Dəhliz kontekstində “biz öz ev tapşırığımızı yerinə yetirmişik” deməklə bildirmişdir ki, Çin bundan sonra Azərbaycandakı yatırımlarının istiqamətini Zəngəzur dəhlizinin açılması, onun perspektivləri və enerji resurslarının ixrac marşrutlarını şaxələndirməyə yönəltməlidir.

              

Orta Dəhlizin gələcəyini parlaq edəcək vasitələrdən biri də Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər hövzəsinə yönəldilməsi planıdır.

              

Çinin nəhəng iqtisadi proyektlərinin xəritəsinə baxdıqda Pekinin Türk Dövlətləri Təşkilatının iqtisadi potensialından faydalanmaq istəklərini görmək olur.TDT gələcəyin alternativ güc mərkəzi olmaq iddiasını gözə çarpdırır. Bu təşkilata üzv olan ölkələrdəki iqtisadi sərvətlər Çin üçün cəlbedicidir. Ona görə də Çin TDT-nin iqtisadi gücünü özünün qüdrətinə transfer etmək məqsədlərini güdməkdə inadkardır.Dünya nizamındakı qüvvələr və güc nisbəti Çinin xeyrinə doğru dəyişmək axarına girib. Oxumaq olur ki, Azərbaycan xarici siyasət kursunu “Çin mərkəzli” trayektoriyaya yönləndirir.Azərbaycan Rusiya-Ukrayna müharibəsinin qloballaşan nəticələrini və bunun Cənubi Qafqaza mənfi təsirlərini Çin amili tarazlaşdırmağa çalışır. Bakı bu xətti uzunmüddətli konsepsiyaya çevirə  bilər.

               

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun kuluarlarından Çin barədə xoşməramlı mesajları, o cümlədən Çin Sədri Si Cinpinin onu böyük dostu kimi gördüyünü deməsi Pekinin rəqiblərinin diqqətini çəkəcək.

            

Mümkündür ki, bundan sonra Zəngəzur dəhlizində hakim mövqe qazanmaq istəyən Rusiya, ABŞ, Böyük Britaniya, Avropa İttifaqı Çin faktoru ilə bağlı mövqelərini yenidən nəzərdən keçirsinlər.

            

Bunun regionda sağlam rəqabətin hüdudlarını aşıb, gərgin fazaya daxil olmasını Rusiya-Ukrayna müharibəsinin gedişatı müəyyən edə bilər.


Ancaq Çin əlində tutduğu regional və qlobal layihələrin bəşəri dayanıqlılığını təmin etmək üçün investisiyalarının həcmini böyütməkdən qaçmayacaq".

           .

 

Talıbzadə Azər

Masallı Dövlət Regional Kollecinin müəllimi

 

Şərhlər: 0

Şərh yaz