İki dövlət arasında qurulmuş əməkdaşlıq.
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etmiş və bu görüşdə də Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Eyni zamanda ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Mətbuata verdiyi bəyanatda Cənab Prezident Rumuniya ilə ölkəmiz arasında yüksək səviyyəli siyasi dialoqun fəallığından və müzakirə olunan məsələlərin hər iki ölkənin maraqlarına cavab verdiyindən söz açmışdır.Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir; Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir;
SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var;
Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir.
Qeyd etəm olar ki, yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Ölkəmizin böyük yaşıl enerji potensialı Azərbaycanın Avropa üçün önəmini daha da artırır. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edilir. Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
Bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur, o cümlədən bu gün Azərbaycanla Rumıniya arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır.
Müşfiq Qurbanov- Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi
Şərhlər: 0
Şərh yaz