Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » Linda Tomas-Qrinfild: "Bayden Ukraynaya səfər etməyi planlaşdırmır"

Linda Tomas-Qrinfild: "Bayden Ukraynaya səfər etməyi planlaşdırmır"

Tarix : 20-03-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
“ABŞ Prezidenti Co Bayden gələn həftə Avropaya səfəri çərçivəsində Ukraynaya səfər etməyi planlaşdırmır”.


AZINFO.AZ  apa.az-a istinadən xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.


“Mən bildiyimə görə, belə plan yoxdur. Prezident Avropaya bizim tərəfdaşlarımız və müttəfiqlərimizlə görüşə gedir. Mən Prezidentin Ukraynaya səfəri ilə bağlı heç bir müzakirə görmədim”.
Ağ Evin mətbuat katibi Cen Psaki də Baydenin Ukraynaya səfəri planının olmadığını deyib.
“Biz bu gün Prezidentin Avropaya səfərinin əlavə təfərrüatlarını açıqlayacağıq. Səfər Ukrayna xalqına dəstək üçün dünyanı birləşdirməyə davam etməyə həsr olunacaq. Lakin Ukraynaya səfər etmək planı yoxdur", - deyə Psaki "Twitter" səhifəsində bildirib.

Şərhlər: 0

Şərh yaz