Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » BMT Talibanda qadınların işləməsinə qadağa qoyulmasını pisləyən qətnaməni təsdiqləyib

BMT Talibanda qadınların işləməsinə qadağa qoyulmasını pisləyən qətnaməni təsdiqləyib

Tarix : 28-04-2023   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
BMT Təhlükəsizlik Şurası Taliban tərəfindən qadınlara qoyulan qadağanı pisləyən qətnaməni yekdilliklə dəstəkləyib.

Azinfo.az APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bir neçə ölkə qətnamənin lehinə səs verib.

Qətnamədə qadınların əməyinə qoyulan qadağa pislənir və Əfqanıstanın de-fakto hakimiyyətini bundan imtina etməyə çağırılır.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən qısa müddət sonra qızların və qadınların məktəb və universitetlərdə oxumaq imkanlarını məhdudlaşdırdı.

2022-ci ildə qadınların əməyinə məhdudiyyətlər tətbiq olundu, 2023-cü ilin əvvəlində bu məhdudiyyətlər gücləndirildi. Nəticədə BMT-nin Əfqanıstandakı missiyalarının əməkdaşları bir neçə həftədir öz vəzifələrini yerinə yetirə bilmirlər ki, bu da dünya təşkilatının bu ölkədə humanitar fəaliyyətinin həcmini azaldıb.

Şərhlər: 0

Şərh yaz