Azinfo » Dünya Xəbərləri » Amerika xəbərləri » ABŞ Ukraynaya “Javelin” və “Stinger” verilməsini prioritet hesab edir

ABŞ Ukraynaya “Javelin” və “Stinger” verilməsini prioritet hesab edir

Tarix : 05-04-2022   /   Dünya Xəbərləri / Amerika xəbərləri  
ABŞ hökuməti Ukraynaya hərbi kömək zamanı PUA, tank əleyhinə “Javelin” raket kompleksləri və “Stinger” daşınan ZRK-ların çatdırılmasını prioritet sayır.
Azinfo.az TASS-a istinadla xəbərinə görə, bunu Pentaqon sözçüsü Con Kibri bildirib.

Kibri qeyd edib ki, Ukraynaya 800 milyon dollarlıq yardım çərçivəsində təchizat davam edir: “Çatdırılma hətta bazar günləri də davam edib.

Təchizat zamanı biz “Javelin, “Stinger” və PUA-lara üstünlük veririk. Bunlar hamısı priorotetdir” – deyə Kirbi vurğulayıb.

Şərhlər: 0

Şərh yaz